Icma.az
close
up
RU
“Barselona”ya qarşı həyəcan çox olacaq”

“Barselona”ya qarşı həyəcan çox olacaq”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah”ın müdafiəçisi Tellur Mütəllimov UEFA Çempionlar Liqasının liqa mərhələsində İspaniya nəhəngi “Barselona” ilə keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, Peşəkar Futbol Liqasının mətbuat xidmətinə açıqlama verən futbolçu Çempionlar Liqasında çıxış etməyin hər bir oyunçunun arzusu olduğunu vurğulayıb və qarşıdakı böyük sınağın həyəcanlı keçəcəyini qeyd edib:

“Çempionlar Liqasında oynamaq, əlbəttə ki, hər bir futbolçunun xəyalıdır. Bura gələnə qədər çox əziyyət çəkmişik. Qarşımızda həqiqətən də güclü, böyük futbolçuları olan bir komanda var. Sadəcə istəyirik ki, özümüzü göstərək və orada yaxşı nəticə əldə edək.

Amma “Barselona” ilə oyunda həyəcanın çox olacağını düşünürəm. Çünki həm öz azarkeşlərimizin qarşısında oynayacağıq, həm də onları burada qəbul edib yaxşı nəticə qazanmaq bizim üçün çox xoş olardı.

“PlayStation”da onlarla oynamışıq, amma hələ gəlib belə böyük səviyyədə qarşı-qarşıya oynamamışıq. Görək, indi həmin hiss nasıl olacaq. İndidən deyə bilərəm ki, həyəcan faktoru olacaq. “PlayStation”da oynayırsan, amma bir-iki gün sonra düşünürsən ki, artıq həmin futbolçularla meydanda qarşı-qarşıya gələcəksən.

“Qarabağ”ın oyunlarına baxırdıq. Orada özümüzə belə bir sual verirdik: Görəsən, nə vaxtsa biz də Çempionlar Liqasında oynaya bilərikmi? Mən də özüm üçün belə düşünürdüm ki, nə vaxtsa orada oynaya bilərəmmi? İki il bundan əvvəl xəyal etdiyim bir şeyin iki il sonra gerçəkləşməsi mənim üçün çox xüsusi hissdir”.

“Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Sentyabr 2026 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri