Baş ağrısını və kəpəyi yox edir! gül suyunun 5 fərqli istifadəsi
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Gül suyu dəridəki şişkinlikdən tutmuş məsamələrə və saçdakı kəpəyə qədər qidalandırıcı xüsusiyyətlərə malikdir.
Bəs gül suyu dəridə necə istifadə olunmalıdır?
Ölkə.az 5 addımda gül suyunun istifadə qaydasını təqdim edir:
1.Gül suyunu pambıq vasitəsilə istifadə edə bilərsiniz. Pambığa gül suyu damladıb göz altına 10–15 dəqiqə qoysanız, şişkinliyi azaldar.
2.Gül suyunu üzün bütün hissəsinə tətbiq edə bilərsiniz. Pambığa damladılıb istifadə olunan gül suyu tonik təsiri göstərərək məsamələri bağlayır və dərini təmizləyir.
3.Gül suyundan dəri maskasında da istifadə etmək mümkündür. 5 xörək qaşığı gül suyunu 1 çay qaşığı qliserinlə qarışdırıb pambıqla üzə çəkmək olar.
4.Gül suyunu duşdan sonra saçlara masaj edərək tətbiq edə bilərsiniz. Kəpəyə qarşı təsirlidir. Həftədə iki dəfə saç diblərinə masaj edildikdə kəpək problemi aradan qalxır.
5.Gül suyu baş ağrısına da çarədir. Xüsusilə miqren kimi şiddətli ağrılarda gül suyu ilə gicgah nahiyəsinə masaj etmək qədim dövrlərdən bəri istifadə edilən və təsiri sübut olunmuş bir üsuldur.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 04 Dekabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















