Icma.az
close
up
RU
Baş beyin travması Alzheimer xəstəliyinin inkişafına təsir edə bilər AZƏRTAC

Baş beyin travması Alzheimer xəstəliyinin inkişafına təsir edə bilər AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Alimlər HSV-1 virusunun baş zədələri ilə əlaqəsini araşdırır

Bakı, 15 yanvar, AZƏRTAC

Yeni araşdırmalar baş beyinə dəyən zərbələrin latent vəziyyətdə olan virusları aktivləşdirərək neyrodegenerativ xəstəliklərə, xüsusilə Alzheimer xəstəliyinə yol aça biləcəyini ortaya qoyub.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, bu tədqiqat beynəlxalq səviyyədə tanınmış Tafts və Oksford universitetlərinin alimləri tərəfindən aparılıb və elmi bir jurnalda dərc olunub.

Tədqiqatda əsas diqqət herpes simplex virus tip 1 (HSV-1) üzərində cəmlənib. Ağızdan təmas yolu ilə ötürülən və adətən soyuqdəymələrə səbəb olan HSV-1 virusu bir çox insanın beynində hərəkətsiz vəziyyətdə qalır. Lakin baş zədəsi zamanı bu virusun aktivləşməsi və beyində Alzheimer xəstəliyi ilə əlaqəli dəyişikliklərə səbəb ola biləcəyi müəyyən edilib.

Araşdırmanın rəhbərlərindən biri, professor Ruth Itzhaki bildirib: “Biz kəşf etdik ki, baş beyin travmaları hərəkətsiz HSV-1 virusunu aktivləşdirir və bu proses beyində iltihab və Alzheimer xəstələrində müşahidə olunan patoloji dəyişikliklərə gətirib çıxara bilər”.

Alimlər insan beyninin üçölçülü modelindən istifadə edərək virusun təsirini simulyasiya ediblər. Tədqiqat zamanı modelə latent vəziyyətdə olan HSV-1 virusları yerləşdirilib və daha sonra kəllə-beyin travmasını təqlid edən zərbələr vurulub. Nəticələr göstərib ki, virus aktivləşərək iltihabı artırır və Alzheimer xəstəliyi ilə əlaqəli zülalların yığılmasına səbəb olur. Araşdırmanın nəticələri göstərir ki, hətta yüngül baş zədəsi də yaddaş itkisi və idrak pozuntularını başlada bilər. Bu nəticələr demans və Alzheimer xəstəliklərinin risk faktorlarını anlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Alimlər belə hesab edirlər ki, baş beyin travmalarından sonra antiviral və ya iltihab əleyhinə preparatlarla müalicə xəstəliyin inkişafını əhəmiyyətli dərəcədə azalda bilər. Bu tədqiqat Alzheimer xəstəliyinin inkişaf mexanizmlərinin daha dərindən öyrənilməsi üçün yeni imkanlar açır. Eyni zamanda, kəllə-beyin travmalarının uzunmüddətli təsirlərinin daha yaxşı başa düşülməsi müalicə strategiyalarının təkmilləşdirilməsinə yardım edəcək.

Araşdırmanın nəticələri Alzheimer xəstəliyinə qarşı mübarizədə yeni metodların inkişaf etdirilməsinə ümidləri artırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 06:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri