“Baş bizimdir, açarıq da, bağlayarıq da!” Mirşahin Ağayev
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Əməkdar jurnalist Mirşahin Ağayev Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər və hicab mövzusu ilə bağlı sərt fikirlər səsləndirib.
“Yeni Sabah” xəbər verir ki, jurnalist bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında Azərbaycan kişisinin tarixən Azərbaycan qadınının örpəyini qoruduğunu, lakin qadının örpəyi ilə qorunmadığını vurğulayıb. Marqarita pizza
Mirşahin Ağayev Türkiyədəki bəzi dairələrə müraciət edərək Azərbaycanla Türkiyə arasında münasibətlərdə “böyük qardaş” və “kiçik qardaş” yanaşmasının düzgün olmadığını bildirib.
Jurnalist hicabın dini mahiyyətini anladıqlarını qeyd etməklə yanaşı, bu mövzudan başqa məqsədlər üçün istifadə edildiyini iddia edib. O, həmçinin Türkiyədə FETÖ ilə mübarizə çərçivəsində ləğv edilən fəaliyyətlərin başqa ad altında Azərbaycan məktəblərində həyata keçirilməyə çalışıldığını irəli sürüb.
“İfşa edilmisiniz artıq! Əməlinizin adı Allahın adından dələduzluqdur! 2016-cı ildə Türkiyədə ləğv etdiyiniz FETÖ-nü başqa adla Azərbaycan məktəblərində həyata keçirirdiniz? Alınmadı! Azərbaycan sayıq və güclü çıxdı! Bu dəfə də!” – deyə Mirşahin Ağayev paylaşımında yazıb.
Qeyd edək ki, jurnalist fikirlərini sərt və tənqidi üslubda ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 17 Oktyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















