Baş Daşağılda kənd sakinləri mənfi 20 dərəcədə qazsız qaldılar VİDEO Yeni Çağ Media
Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oğuzun Baş Daşağıl kəndinin sakinləri qaz problemindən şikayətçidirlər.
Yenicag.az Baku TV-yə istinadən xəbər verir ki, sakinlər uzun illərdir problemlərinin həll olunacağı ümidi ilə yaşasalar da, bu qışı da eyni çətinliklərlə keçirirlər.
“Burada ilin 6-7 ayı havalar həddindən artıq soyuq olur. Camaat artıq yaşaya bilmir. Odun qırmaq olmaz, qaz da yox, bu əhali burada necə yaşasın?! Camaat köçüb gedib. Vaxtilə 3 500 sakini olan bu kənddə indi 500 nəfər qalmayıb. Kənddə temperatur mənfi 15-20 dərəcəyə düşür. Mənfi 20 dərəcədə nə qədər odun yandırmalısan ki, heç olmasa, körpə uşaqları isidə biləsən?!”, – deyə kənd sakini İkram Səmədov narazılığını dilə gətirib.
Ətraflı süjetdə:
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 13 Yanvar 2025 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















