Icma.az
close
up
RU
Baş direktor: Azərbaycanla ICESCO arasında sülh platformasının yaradılması önəmlidir

Baş direktor: Azərbaycanla ICESCO arasında sülh platformasının yaradılması önəmlidir

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə ICESCO arasında dinc birgəyaşayışın təşviqində əməkdaşlığın gücləndirilməsi, habelə dini icmalar və beynəlxalq aktorlar üçün sülhün möhkəmləndirilməsi istiqamətində platformanın yaradılması önəmlidir.

"Report" xəbər verir ki, bunu ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki Mərakeşdə keçirilən “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusundakı beynəlxalq konfransın açılış mərasimində deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycan konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunələrini sərgiləyir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ortaq mədəni, dini dəyərlərin, sülh və əmin-amanlığın, dinc əməkdaşlığın təmin edilməsi məqsədlərinin Azərbaycan və Mərakeş xalqlarını birləşdirdiyini deyib.

Komitə sədri İCESCO ilə birgə təşkil edilən tədbirin bu istiqamətdə əldə edilən uğurların, nümunəvi təcrübələrin təbliği və təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edəcəyinə inamını ifadə edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz İslam aləmində elmin, təhsilin inkişafı, zəngin mədəni irsin qorunması sahəsində böyük işlər görən İSESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Azərbaycanda tarixən müxtəlif dinlərin təşəkkül tapması, tolerantlıq və birgəyaşayış ənənələrinin yayılmasından da bəhs edən R.Məmmədov dünyada multikulturalizmin mərkəzi kimi tanınan, dini-milli zəmində qarşıdurmaların heç vaxt olmadığı ölkəmizin daim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfə verən təşəbbüslərlə çıxış etməsindən danışıb. Prezidentin təşəbbüsü ilə Azərbaycanın 2008-ci ildən başlayan “Bakı prosesi” çərçivəsində Mədəniyyətlərarası Dialoq Forumları, Dünya Dini Liderlərinin sammitləri, Bakı Beynəlxalq Humanitar Forumlarına evsahibliyi etdiyini vurğulayıb.

Komitə sədri çıxışında Azərbaycanın Birinci vitse-prezidenti, İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələrin bərpa edilməsi istiqamətində təşəbbüsləri barədə də məlumat verib.

Əlahəzrət Kral VI Məhəmmədin müşaviri Andre Azuley çıxışında təəssüf hissi ilə bildirib ki, dünya bəzi digər aspektlərdən olduğu kimi, sivilizasiyaların və dinlərin toqquşması baxımından problemlərlə üzləşir. Dinlərarası, hətta məzhəblərarası münasibətlər xeyli dərəcədə gərginləşir, lokal konfliktlərin sayı durmadan artır. Andre Azuley vurğulayıb ki, dünya dövlətləri Mərakeş və Azərbaycanın dinc birgəyaşayış modelindən xəbərdar olmalı, öz daxili və xarici siyasətlərində bu ənənələri tətbiq etməlidirlər.

Milli Məclisin sədr müavini Rafael Hüseynov İslam sivilizasiyasını birləşdirən ortaq mənəvi dəyərlərə, bir çox xalqın birləşərək yaratdığı müştərək mədəni irsə diqqət çəkib. Bildirib ki, İslam dünyası zəngin və rəngarəng mədəni irsə malikdir. Azərbaycanın tarixin sınaqlarından keçmiş mötəbər dinlər və mədəniyyətlərarası dialoq modelinə, çoxmədəniyyətli mühitlərdə rahat yaşamın doğru yollarını göstərən tarixi təcrübələrinə diqqət çəkən R.Hüseynov qeyd edib ki, ölkəmizdəki konfessiyalar həmişə qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayıblar.

Tədbir çərçivəsində müxtəlif dinlərin zənginliyini və ortaq bəşəri dəyərləri, dinlərarası harmoniyanı əks etdirən “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı sərgi nümayiş olunub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri