Baş direktor: Bakı limanında yükaşırmanın 120 min TEU ya kimi artırılması planlaşdırılır
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 12 may, AZƏRTAC
Cari ilin sonuna kimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aşırılacaq konteynerlərin həcminin ötən illə müqayisədə 13 min TEU-dan - 120 min TEU-ya kimi artırılması planlaşdırılıb. Həyata keçrilən tədbirlər bizim bu hədəfə çatacağımızı deməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov Türkmənistandan gələn "Gadamly" ilk quru yük gəmisinin qarşılanma mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Bakı limanında 7-ci körpü də artıq istifadəyə verilib və o daha çox konteyner əməliyyatlarının keçirilməsi üçün nəzərdə tutulub.
"Türkmənistan gəmisinin istifadəyə verilməsi ilə yanaşı 7-ci körpünün fəaliyyətə başlaması bizim konteyner əməliyyatlarının daha sürətli, daha çevik idarə olunmasına xidmət edəcək. İtaliya istehsalı olan və 125 ton yükqaldırma imkanına malik mobil liman kranının istifadəyə verilməsi də bizim yükaşırma imkanlarımıza əlavə güc qatır. Bu kran gəmilərdən konteynerləri tez boşaltmağa və gözləmə müddətinin azalmasına xidmət edir”, - deyə Eldar Salahov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 12 May 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















