Baş direktor: Bakıya bunu qeyd etmək üçün gəlmişik
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan hökumətinə Ümumdünya Şəhər Forumuna ev sahibliyi etdiyinə görə çox minnətdaram.
Axar.az xəbər verir ki, bunu APA-ya Pəncab Mənzil və Şəhərsalma Agentliyinin baş direktoru Xvaca Sikandar Zişan deyib.
O qeyd edib ki, WUF13 çox nüfuzlu tədbir və çox nüfuzlu forumdur:
“Burada biz urbanizasiya problemlərini, xüsusilə iqlim dəyişikliyi və bununla bağlı digər məsələləri müzakirə etmək üçün bütün dünyanı bir araya gətiririk. Hazırda dünyadakı ən böyük aşağı gəlirli, faizsiz mənzil proqramlarından birini həyata keçiririk. Biz bura Pakistanın, xüsusilə Pəncab vilayətinin mənzil sahəsində əldə etdiyi uğuru qeyd etmək üçün gəlmişik”.
O, Bakıya gəldiyi andan etibarən Azərbaycanın memarlığına valeh olduğunu qeyd edib: "Biz çoxlu ortaq mədəni və tarixi dəyərləri paylaşırıq. Artıq bizi ziyarət edən diplomatik nümayəndələrlə danışıqlar aparırıq. Biz memarlıq, şəhərsalma, urban inkişaf və digər bu kimi sahələrdə tərəfdaşlıqları genişləndirməyə ümid edirik. Bu platformadan istifadə edərək Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 18 May 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















