Baş Dövlət Yol Polisi İdarəsi: Tələskənlik yollarda təhlükəni artırır
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir: “Səhər saatlarında işə, təhsil müəssisələrinə və digər gündəlik fəaliyyətlərə tələskənlik nəqliyyat axınının intensiv olduğu yollarda yol hərəkəti iştirakçılarının diqqətini yayındırır və riskli davranışlara zəmin yaradır. Belə şəraitdə verilən tələsik qərarlar sürücülər və piyadalar arasında yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarır, bu isə qəza riskini ciddi şəkildə artırır.
Aparılan təhlillər göstərir ki, səhər saatlarında baş verən yol-nəqliyyat hadisələri əsasən sürət həddinin aşılması, sükan arxasında diqqətin yayınması və yol şəraitinin düzgün qiymətləndirilməməsi ilə bağlı olur.
Sürücülər sürət həddini yol və hava şəraitinə uyğun seçməli, nəqliyyat axınının intensiv olduğu vaxtlarda daha diqqətli və məsuliyyətli davranmalıdırlar;
Piyadalar yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməlidirlər.
Unutmamalıyıq ki, yol hərəkəti qaydalarına riayət edilməsi yollarda təhlükəsizliyin təmin olunmasının əsas şərtidir”.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Yanvar 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















