Baş Dövlət Yol Polisi İdarəsindən sərnişinlərə VACİB TÖVSİYYƏLƏR
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Baş Dövlət Yol Polisi İdarəsi Bakı Beynəlxalq Avtovağzalında sürücülərlə görüş keçirib.
BAKU.WS xəbər verir ki, görüşdə bayram günlərində yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq sürücü və sərnişinlərə vacib tövsiyələr verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev sosial şəbəkə hesabında paylaşım edib.
Görüntülərdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından biri yol hərəkəti qaydalarını pozan sürücülərlə bağlı sərnişinləri maarifləndirdiyi kadrlar əks olunub.
"Bu gün baş verən qəzaların əsas səbəbi sürücü tərəfindən sürət həddinin və manevr qaydalarının pozulmasıdır. Mobil telefondan istifadə edilir və bu da yol qəzalarına səbəb olur. Bu səbəbdən yolda görsəniz ki, sürücü sürət həddini pozur, sükan arxasında mobil telefondan istifadə edir və təhlükəsizlik kəmərindən istifadə etmirsə mütləq şəkildə xəbərdarlıq edin!" - deyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Mart 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















