Icma.az
close
up
RU
“Baş həkim bonus tələb edir, rəsmi sənədləri saxtalaşdırır”

“Baş həkim bonus tələb edir, rəsmi sənədləri saxtalaşdırır”

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu Publik Hüquqi Şəxsdə həkim radioloq vəzifəsində işləyən Ramil Abdullayev rəhbərlik tərəfindən təzyiq və qanunsuz tələblərlə üzləşdiyini iddia edir.

KONKRET.az-ın redaksiyasına müraciət edən həkimin sözlərinə görə, 2 iyul 2019-cu ildən etibarən sözügedən institutda radioloq vəzifəsində çalışır.

O, son bir neçə ay ərzində institutun direktoru Mətanət Əfəndiyeva tərəfindən təzyiq və təhdidlərə məruz qaldığını deyir. Həkim iddia edir ki, direktor ondan icbari tibbi sığorta xətti ilə aldığı bonusların yarısını tələb edib və bu təkliflə razılaşmadığına görə rəhbərlik tərəfindən fəaliyyətinə məhdudiyyət qoyulub.

Şikayətçinin sözlərinə görə, o, xəstəxanada yeganə rentgenoloq olduğu üçün gün ərzində xeyli sayda xəstə qəbul edib və buna görə maaşdan əlavə bonus alıb. Direktorun “bonus təklifi”ndən imtina etdikdən sonra isə ona gündə 25-dən artıq müayinə aparmaq qadağan edilib. Belə ki, iş vaxtı bitmədiyi halda xəstələrə talon verilməyib və
pasient qəbuluna qadağa qoyulub.

Ramil Abdullayev qeyd edib ki, cari ilin oktyabr ayında məzuniyyətdə olduğu müddətdə direktor tərəfindən əlavə rentgenoloq ştatı açılıb və saxta müsabiqə yolu ilə yeni həkim işə götürülüb. İddiaya əsasən, müsabiqədə təcrübəli namizədlər iştirak etsə də, radiologiya şöbəsinin müdiri Şəfiqə Əliyevanın yaxın rəfiqəsi işə qəbul edilib.

Şikayətdə qeyd olunur ki, 26 noyabr 2025-ci il tarixində həkim radiasiya təhlükəsizliyinə cavabdeh şəxs statusundan azad edilməsi ilə bağlı direktora ərizə ünvanlayıb. Ekspert komissiyası onun xeyrinə qərar qəbul etsə də, direktor müvafiq sərəncam verməkdən imtina edib. Daha sonra 15 dekabr 2025-ci il tarixində həkimin iştirakı olmadan qanunsuz iclas keçirildiyi və rəsmi sənədin saxtalaşdırıldığı iddia olunur.

Bununla yanaşı, direktorun institut üçün nəzərdə tutulan vəsaitləri şişirdilmiş qiymətlərlə xərclədiyi, saxta tenderlər keçirdiyi də iddialar sırasında yer alır. Həkim bildirir ki, 2019-cu ildən etibarən o, rentgen texniki olmadan çalışıb, texnikin funksiyalarını da özü icra edib və bu barədə müraciətlərinə baxmayaraq, işçi təyin edilməyib.

Şikayətçi baş verənlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 313, 314 və 320-ci maddələrinə əsasən direktor Mətanət Əfəndiyevanın əməllərinə hüquqi qiymət verilməsini və onun cinayət məsuliyyətinə cəlb olunmasını aidiyyəti qurumlardan xahiş edir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan KONKRET.az-a bildirildi ki, “hər bir vətəndaşın, o cümlədən səhiyyə işçilərinin və konkret olaraq Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu əməkdaşlarının öz hüquq və qanuni mənafelərini müdafiə etmək hüququ var. Bunun üçün Azərbaycan Respublikasının Konstitusiyasına və qüvvədə olan qanunlara istinad etmək mümkündür. Hər hansı şəxs rəhbərlik tərəfindən hüquqlarının pozulduğunu, qanunsuz tələblərlə üzləşdiyini və ya digər qanunazidd hallara yol verildiyini iddia edirsə, bu cür məsələlərə hüquqi qiymət verilməsi hüquq-mühafizə orqanlarının və məhkəmələrin səlahiyyətinə aiddir.

İcbari tibbi sığorta çərçivəsində həkimlərə ödənilən vəsaitlərin tələb edilməsi, mənimsənilməsi və ya digər qanunsuz maliyyə münasibətləri ilə bağlı iddialar hüquqi qiymətləndirmə tələb edən hallardır. Bu cür iddialar üzrə araşdırmalar yalnız rəsmi və əsaslandırılmış müraciətlər əsasında aparıla bilər və belə hallarda hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edilməsi nəzərdə tutulur.

Dövlət tibb müəssisələrində ştat vahidlərinin açılması və işə qəbul prosesləri qüvvədə olan əmək və səhiyyə qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilir.

Bir daha vurğulayırıq ki, hər hansı tibb işçisi rəhbərlik tərəfindən hüquqlarının pozulduğunu hesab edirsə və ya qanun pozuntularına yol verildiyini iddia edirsə, bununla bağlı konkret faktlar və sübutlar əsasında Səhiyyə Nazirliyinə müraciət etməklə yanaşı, birbaşa hüquq-mühafizə orqanlarına və ya məhkəməyə getmək hüququna malikdir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri