Icma.az
close
up
RU
Baş həkimi ittiham edən şöbə müdiri işdən uzaqlaşdırıldı 1 il işləməyəcək

Baş həkimi ittiham edən şöbə müdiri işdən uzaqlaşdırıldı 1 il işləməyəcək

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Saatlı Rayon Mərkəzi Xəstəxanasında körpənin doğuşdan sonra ölməsi ilə bağlı açılan cinayət işinin detalları üzə çıxıb. Cinayət məsuliyyətinə cəlb edilən həkim xəstəxananın baş həkimini ittiham edirdi.
Demokrat.az-ın Musavat.com-a istinadən xəbərinə görə, hadisə 2023-cü ilin iyul ayında baş verib.
Aysel İbrahimova ikinci doğuş üçün xəstəxanaya müraciət edib. Onun qız övladı dünyaya gəlib. Uşağın səhhətində problem olmadığı bildirilsə də, sonradan ölməsi ilə bağlı ailəsinə məlumat verilib.
Bu hadisəyə görə Saatlı xəstəxanasının Ginekologiya və doğum şöbəsinin müdiri Könül Xudatova məsuliyyətə cəlb edilib.
İstintaqla müəyyən edilib ki, körpənin ölümünə səbəb ağciyər-ürək çatışmazlığı olub. Bu isə həkimin məsuliyyətsizliyi, doğuşdan əvvəlki müayinələri düzgün aparmaması nəticəsində baş verib. İstintaq belə qənaətə gəlib ki, doğuşdan əvvəl ananın qan analizi, kardiotokoqrafiya, ultrasəs müayinəsi və digər vacib prosedurlar aparılmayıb. 2003-cü il təvəllüdlü ananın qan azlığından əziyyət çəkdiyi isə sonradan müəyyən edilib.
Körpənin vəziyyəti ağırlaşdıqdan sonra onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzinə təxliyə ediblər. Son müdaxilə orada edilib və uşağın həyatını xilas etmək mümkün olmayıb.
Həkim Könül Xudatova körpənin vaxtında süni ventilyasiya aparatına qoşulmadığını bildirib və buna görə baş həkimi ittiham edib.
Könül Xudatova bu haqda deyib:
"Doğuşdan bir müddət sonra körpədə tənəffüs çatışmazlığı olub. Mən dərhal xəstəxananın direktor müavini, baş həkim, ixtisasca neonatoloq olan Araz Usubovu dəvət edərək doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə doğuşa yardım işinin təşkili, körpənin lazımdırsa, perinatal mərkəzə təxliyəsinin təmin olunması üçün konsilium təşkil etdim. Lakin xəstəxanada küvəz və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olsa da, baş həkim yenidoğulmuşda müvafiq müayinələrin aparılmasını təmin etməyib, xüsusi aparata (SPAP-a) qoşmayıb, küvəzə yerləşdirilmədən "doğuş zalında" 6 saat (binazal oksigen altında) saxlayıb. Bundan sonra körpənin vəziyyətinin daha da ağırlaşmasını görən baş həkim onu tibb bacısının qucağında Sabirabad xəstəxanasının Perinatal Mərkəzinə təxliyə edib. Körpə ertəsi gün səhər saatlarına qədər küvəzə yerləşdirilməyib, ona diaqnostik müayinə aparılmadan yanlış "ürək qüsuru" diaqnozu qoyulub, süni ventilyasiya aparatına qoşulmayıb".
Könül Xudatova özünü ittihamla qəti təqsirli bilməyib. Barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Könül Xudatova bu hadisədən sonra Saatlıda şöbə müdiri vəzifəsindən çıxarılıb. Xudatova hazırda Tovuz xəstəxanasında Ginekologiya və doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyir.
İş üzrə hüquqi varis kimi körpənin atası Rasim İbrahimov tanınıb. Hüquqi varis həkimdən şikayətçi olaraq onun cəzalandırılmasını, maddi ziyan olaraq 5 min manatın tutularaq onlara ödənilməsini istəyib.
Məhkəmə mülki iddianı təmin etməyib. Lakin Könül Xudatovanı qeyd edilən ittihamda təqsirli bilib. Məhkəmənin hökmü ilə Könül Xudatova 2 il şərti cəza alıb. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Əlavə cəza kimi 1 il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri