Icma.az
close
up
RU
Baş həkimin 1,6 milyonluq cinayət işi

Baş həkimin 1,6 milyonluq cinayət işi

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu məlum olub.

Məhkəmədə müəyyən edilib ki, bundan əvvəlki hakim tərkibində olan Əli Məmmədov Bakı Apellyasiya Məhkəməsinə təyin alıb. Bu səbəbdən yeni formalaşan hakim tərkibinə Gəncə Ağır Cinayətlər Məhkəməsində ezam olunan hakim Roman Ələkbər ki daxil olub.

Hakim heyətinə yeni hakim daxil olduğu üçün məhkəmə istintaqı yenilənib.

Daha sonra prokuror ittiham aktını elan edib və daha sonra 1 milyon 600 min manat dələduzluqda təqsirləndirilən Rauf İsfəndiyarov özünü təqsirli bilməyib.

Şahid qismində ifadə Günay Ağakişiyeva bildirib ki, onun hadisələrdən xəbəri olmayıb. O, Biləsuvar rayonunda qaçqın və məcburi köçkünlər üçün yaradılmış Cəbrayıl şəhərciyində yaşayır.

Şahid qeyd edib ki, həyat yoldaşı Mobil İbrahimov təqsirləndirilən şəxslə birliktə ona əlillik düzəltməklə bağlı razılaşıblar: "Yoldaşım bir gün dedi ki, mənim adıma əlillik pensiyası yazılıb və o, onu istifadə edir. Lakin, mənim heç hir xəstəliyim olmayıb və ya müayinədən keçməmişəm. Məbləğin nə qədər olduğunu və neçə ay pensiya aldığımı bilmirəm".

Təqsirləndirilən şəxs etiraz edərək söyləyib ki, o, şahidi tanımır. Ümumi qaçqınlara yardım edib, amma siyahıda xanımın adını xatırlamır: "Öncəki adı Aygün olan Dəniz Əsədovanı Bağırovun qəbuluna göndərdim. Ona dedim ki, Bağırovdan xahiş etsin ki, əgər imkan olarsa, qaçqınların adlarına əlillik yazarsız. Amma şahidin o siyahıda olub-olmadığını bilmirəm".
Digər şahid Mobil İbrahimov öncəki şahidin həyat yoldaşıdır. O, bildirib ki, Mehdiyev adlı şəxsə 150 manat pul verib və əlillik pensiyası ilə bağlı kart alıb. Daha sorna həmin məbləğə əlavə 4000 manat da verəcəkmiş: "Mən o 4000 manatı ödəmədim. Yoldaşımın adına alınan pulu isə geri qaytarmışam".

Şahid Vüsalə Sadıqova bildirib ki, Laçın rayon Mərkəzi Xəstəxanasında çalışıb: "Öncələr qeydiyyatçı çalışmışam. 2017-2018-ci illərdə xəstəxanın məlumatları bazaya mən daxil edirdim. Daha sonra tuttuduğum vəzifə dəyişdi. Biz komissiyadan sonra xəstələrin kartlarını alıb sistemə vururduq. Bunu bizə ya həkimlər, ya da digəriləri tapşırırdı. Mənim əsas işim həkim rəyini sistemə yerləşdirmək olub. Məndən öncə bu vəzifədə Aygün (Dəniz Əsədova) adlı xanım çalışıb".
Şahid Azər Bəhlulov deyib ki, maddi vəziyyəti yaxşı olmadığı üçün tanışı ona pensiya yazdırıb: "Milli qəhrəman Əliyar Əliyevin bacısı oğluyam. Tanışım İlqar adlı şəxs mənə dedi ki, sənin dayın mənə çox kömək edib. Mən də sənə pensiya yazdıracam. Aylar keçdikdən sonra mənə kart verdi ki, buradan pensiya alarsız. İmkan olandan sonra 3000 verərsiz. Öyrəndim ki, həmin tanışım mənim yerimə ödəyib. Sonra mən ona 3 min manatı ödədim. Pensiya yoldaşımın adına olub. Heç neçənci qrup əlillik yazıldığını da bilməmişəm. 5 il müddətində pensiya almışıq. Həmin məbləği imkan olmadığı üçün qaytarmamışıq".

Şahid Fəxriyyə Zəkirova orada təmizlikçi olaraq vəzifəsi tutub, lakin operator vəzifəsində çalışıb: "Ştat olmadığı üçün adım təmizlikçi kimi gedirdi. Özüm isə operator vəzifəsində çalışmışam. Mınş gətirilən sənədləri sistemə vurmaqla məşğul olmuşam. Həkim komissiyasının rəyi olmadan sistemə heç nə daxil etmirdik. Əsas sənəd o sayılırdı. Mənə nə verilib, onu da yazmışam".

Şahid Elnarə Salahova bildirib ki, o öncədən 31 saylı birləşmiş şəhər xəstəxanasında nevropotoloq çalışıb. O da komissiyada çalışıb. O, xəstələri müayinə edib, forma 88 yolu ilə əlillik yazılırdı: "Həmin əlillik müayinə əsasında yazılırdı. Kartlara da yazılırdı. Öncələr yalnızca sədr kartları imzalayırdı. Elektron imza isə operatorlarda olurdu. Bəzi şəxsləri müayinə etmədən əlillik sənədlərini imzalamışam. Çünki baş həkim elə deyirdi. Onları mayi etməyə ehtiyac olmadığını bildirirdi".

Növbəti proses 2025-ci il yanvarın 7-də davam edəcək.

Qeyd edək ki, Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttiham görə, Rauf İsfəndiyarov Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalıdığı 2016-2017-ci illərdə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 min 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.

Bundan başqa, o, aldatma ve etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 260 min manat və 59 min 500 manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

İstintaqla müəyyən edilib, eyni zamanda, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək daha 136 şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya teminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi verərək ümumilikdə 1 milyon 600 manat məbləğində pul vəsaiti mənimsəyib. R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədib, müəyyən tibb müəssisələrinin vəzifəli şəxslərinin vahid tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatlarını daxil etməklə vəzifə saxtakarlığı edib.

İş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 17 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri