Icma.az
close
up
RU
Baş həkimin 62 min manatını ödəməyən şirkət rəhbəri məhkəməni uddu DETALLAR

Baş həkimin 62 min manatını ödəməyən şirkət rəhbəri məhkəməni uddu DETALLAR

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Happy Smile"​ Diş Klinikasının rəhbəri Natəvan Qurbanovadan aldığı tibbi ləvazimat üçün 62 min manatı ödəməyən şirkət rəhbəri Cənnət Məhərrəmov məhkəmədə qalib gəlib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, 33 yaşlı Cənnət sərbəst mühakimə olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İstintaq materiallarında deyilir ki, müttəhim Məhərrəmov 10 ilə yaxındır Sumqayıt şəhərində stomatoloji avadanlıqların alqı-satqısı ilə məşğuldur. "Happy Smile"ın rəhbəri və baş həkimi Natəvanla tanışlığı da işlə bağlı yaranıb. Ona tibbi xalatlar satıb.

Bu işdə isə müştəri Cənnət, satıcı Natəvan həkimdir. Qarşılıqlı müqaviləyə əsasən, Cənnət "Happy Smile" klinikasından nisyə 69 min 500 manatlıq tibbi ləvazimat və digər avadanlıqlar götürüb. Bir müddət sonra borcun 7 min 500 manatını ödəyib, qalan məbləği ödəməkdən imtina edib.

Pul üstündə başlayan mübahisə tərəfləri məhkəməyə kimi gətirib çıxarıb. Klinika rəhbəri Cənnətin hərəkətini dələduzluq kimi qəbul etsə də, digər detallar ortaya çıxıb. Müdafiə tərəfinin təqdim etdiyi dəlil və sübutlardan, təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, məsələ başqa cürdür.

Cənnət ifadəsində deyib ki, borcunun hamısını ödəməməsinə səbəb aldığı tibbi ləvazimatların bir neçəsinin nasaz vəziyyətdə olduğunu müəyyən etməsi olub. Amma bu barədə ona alqı-satqı vaxtı məlumat verilməyib. Ondan tələb olunan məbləğin bir hissəsini də məhz ləvazimatların təmirinə xərcləyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, klinika rəhbəri ilə mübahisəsi də ondan nazas avadanlıqların təmirinə verdiyi pulu ümumi borcdan çıxılmasını istədiyinə görə başlayıb.

Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə tərkibi iş üzrə bütün halları hərtərəfli araşdırdıqdan, tərəfləri və şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini qanunsuz hesab edib. Hakimlər belə qənaətə gəliblər ki, təqsirləndirilən şəxsin xanım zərərçəkmişi aldatmaq niyyəti olmayıb, sonradan aralarında yaranmış anlaşılmazlığa görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Xüsusi vurğulanıb ki, bu mübahisə mülki qaydada həll edilməli işdir və istintaq orqanı əvvəldən cinayət işi başlanmasından imtina etməli idi.

Hökmə əsasən, Cənnət Məhərrəmova əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri