Icma.az
close
up
RU
Baş icraçı direktor COP29a hazırlıqlarla bağlı son vəziyyəti açıqlayıb

Baş icraçı direktor COP29a hazırlıqlarla bağlı son vəziyyəti açıqlayıb

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hazırlıqla bağlı işlər, əsasən, 4 istiqamətdə aparılır".

Bunu energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov APA-ya açıqlamasında deyib.

O deyib ki, birinci istiqamət "Danışıqlar prosesi və fəaliyyət gündəliyi"dir: “İkinci istiqamət Azərbaycanın liderlik etdiyi mövzuda nümunə olmasıdır. Üçüncü - bütün bu mövzuların həm daxili, həm xarici auditoriyaya kommunikasiya edilməsidir. Dördüncü istiqamət isə logistikadır. Bu məsələlər bir-birinə bağlıdır, hər biri əhəmiyyətlidir və paralel olaraq həyata keçirilir”.

Elnur Soltanov həmçinin bildirib ki, bütün COP-ların əsas hədəfi danışıqlar prosesindən nəticələr almaqdır:

"COP - tərəflər konfransının məğzi bundan ibarətdir. Hər üç iqlim müqavilələrinin - istər 1992-ci il İqlim Çərçivə Konvensiyası, Kyoto protokolu və ya Paris sazişi olsun - icrası ilə bağlı ortaya çıxan məsələlərdə COP-lar ali qərarvermə orqanıdır. Bu prosesdə Azərbaycanın funksiyası tərəflərə şəffaf, inklüziv və neytral şərait yaratmaqdır. Danışıqlar prosesinin mərkəzində isə iqlim maliyyəsi məsələsi dayanır. Paris sazişinin "Altıncı maddə"si haqqında qərar veriləcək digər mühüm mövzudur.

Qeyd etdiyimiz birinci istiqamətin ikinci hissəsi, "COP prezidentliyinin fəaliyyət gündəliyi"dir. Bizim burda 14+2+2 təşəbbüsümüz var. Bunlar maliyyə, yaşıl enerji, tullantı sektoru, su, özəl sektorun cəlbi, maarifləndirmə də daxil olmaqla, demək olar ki, iqlimlə əlaqədar bütün əhəmiyyətli mövzularda Azərbaycanın öz təşəbbüslərini ehtiva edir. Çünki birinci hissə - danışıqlar mövzuları, Birləşmiş Millətlərin İqlim Dəyişmələri Katibliyi tərəfindən ev sahibi ölkəyə həvalə edilir, bizim təşəbbüslərimiz deyil. "Fəaliyyət gündəliyi"ni isə Azərbaycan müəyyənləşdirir.

Bu təşəbbüslərlə Azərbaycanın iqlim həlləri sahəsində irsinin təmin olunmasına çalışırıq. Bunun təmin olunmasının da ən effektiv yolu dünyadakı iqlim probleminin həllinə töhfə verməkdir.

Eyni zamanda, bu 14+2+2 təşəbbüsün müəyyənləşdirilməsi danışıqlar prosesinə təkan vermək məqsədi ilə ortaya qoyulub.

"Örnək ölkə" mövzusu: başqalarına liderlik edəcək ölçüdə nümunəvi davranış sərgiləyirsinizmi? – sualına cavabdır. Azərbaycanın bu sahədə bütün dünyaya örnək göstərə biləcəyimiz, dünyanı bizim yolumuzdan getməyə səsləyəcək məqamlar var. Mingəçevirdəki Su Elektrik Stansiyasının yenidən qurulması ilə ölkəmizin ən böyük stansiyasının səmərəliliyinin 30 faiz artırılması, yaxın bir neçə il ərzində 3kVt bərpaolunan enerji stansiyalarının tikilməsi, işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası, Avropa və Orta Asiya istiqamətlərində yaşıl koridorlar bunlardan bəziləridir. Bu layihələrin böyük əksəriyyətinin COP29 sədrliyindən öncə başlanılmış olması bu sahədəki addımlarımızın etibarlılığını artırır.

Üçüncü mövzu olan kommunikasiya həm daxili, həm də xarici mühitə yönləndirilir. Azərbaycan xalqının, mütəxəssislərimizin, gənclərimizin, dövlət və özəl sektor nümayəndələrinin, xanımlarımızın bu prosesdə yer alması, püxtələşməsi, nəticədə ən böyük qazanclarımızdan, məqsədlərimizdən biri olacaq.

Amma eyni zamanda beynəlxalq mühitlə kommunikasiya bütün bu görülən işləri strateji hədəfə doğru yönləndirmək məqsədi daşıyır.

Dördüncü logistika məsələsinə gəlincə; belə düşünürəm ki, yuxarıda sadaladığım üç istiqamət üçün bir il bəlkə də, kifayətdir. Amma logistikanı bir ildən az müddət ərzində həyata keçirmək çox çətin işdir. Amma Azərbaycan bu sahədə mükəmməl performans sərgiləyir. Bütün bu dörd istiqamət üzrə Azərbaycan indiyə qədər nəzərdə tutulan hədəflərinə çatıb və biz əminik ki, COP 29 prosesinin son mərhələsi olan 11-22 noyabr konfransında bütün bu hazırlıqların bəhrəsini görəcəyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see219

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see191

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see185

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see181

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see181

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see147

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see143

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see139

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see138

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see131

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see122

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri