Icma.az
close
up
RU
Baş katib: Atletika üzrə millimiz Avropa çempionatında son illərin ən uğurlu nəticəsini əldə edib

Baş katib: Atletika üzrə millimiz Avropa çempionatında son illərin ən uğurlu nəticəsini əldə edib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 26 iyun, AZƏRTAC

Atletika üzrə millimiz komandalar arasında Avropa çempionatında son illərin ən uğurlu nəticəsini əldə edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə yığmanın komandalar arasında Avropa çempionatındakı çıxışı barədə danışarkən deyib.

O, Sloveniyanın Maribor şəhərində keçirilən mötəbər yarışda 3-cü Divizionda yer alan yığmanın ümumi hesabda 315.5 xal toplayaraq, 15 ölkə arasında 6-cı yeri tutduğunu xatırladıb: "Qeyd etmək istərdim ki, komandamız 2017-ci ildə 10-cu, 2019-cu ildə 11-ci, 2021-ci ildə 15-ci, 8 atlet ilə qatıldığımız 2023-cü ildə isə 13-cü sırada qəraraşıb. Aparılan təhlillərdən sonra bu dəfə məqsədimiz daha geniş heyətlə təmsil olunmaq idi. Yekunda Sloveniyaya 24 idmançı yola düşdük. Daha bir diqqət çəkmək istədiyim məqam bu dəfə heyətdə legionerlərin olmamasıdır. İdmançılarımızın onlara olan etimadı doğrultduğunu söyləyə bilərəm. Əlhəm Nağıyev həm 100, həm də 200 metr məsafəyə qaçışda 1-ci oldu. Bu məsafələrə qaçışda qadınların mübarizəsində Lamiyə Vəliyeva 2-ci yeri tutdu. Lamiyə 23.58 saniyə göstərici ilə 200 metr məsafədə yeni Azərbaycan rekordunu müəyyənləşdirdi. Üç təkanla tullanmada Rüstəm Məmmədov, bu növdə qadınlar arasında Yekaterina Sariyeva bütün rəqiblərini qabaqladılar. 4x400 məsəfəyə qaçışda qarışıq estafetdə təmsilçilərimiz daha bir ölkə rekordunu yenilədilər. Cabir Əliyev, İsmayıl Əliyev, Bəxtiyar Əsgərli, Anna Yusupova və digər atletlərimiz də komandamıza olduqca vacib xallar qazandırdılar. Məqsədimiz idmançılarımızın davamlı inkişafını təmin etmək, perspektivli kiçikyaşlı yeniyetmə atletləri müəyyən edərək onlara maksimum dəstək vermək və qarşıdakı yarışlarda uğurlu nəticələrlə xalqımızı sevindirməkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri