Baş katib: “Dövlətimizin başçısı paralimpiya hərəkatının inkişafına xüsusi önəm verir”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Dövlətimizin başçısının diqqət və qayğısı paralimpiyaçıların motivasiyasını artırır”.
İdman.Biz xəbər verir ki, bu sözləri Milli Paralimpiya Komitəsinin (MPK) baş katibi Toğrul Rəhimov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O, Prezident İlham Əliyevin ölkədə idmanın, xüsusilə də paralimpiya hərəkatının inkişafına daim xüsusi önəm verdiyini qeyd edib:
“Dövlət başçısı tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması da bunun növbəti təzahürü oldu”.
İlin MPK üçün uğurlu alındığını deyən T. Rəhimov Azərbaycan paralimpiyaçılarının 2025-ci ildə beynəlxalq yarışlarda 22 qızıl, 18 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 61 medal qazandığını diqqətə çatdırıb:
“30 beynəlxalq turnirdə iştirak etmişik. Burada bir dünya və iki Avropa çempionumuz oldu. Medal qazanan idmançılar arasında gənc və yeniyetmə paralimpiyaçılarımız üstünlük təşkil edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Dekabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















