Baş katib: İnanıram ki, gimnastlarımız sabahkı finallarda da layiqli çıxış edəcəklər
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şəki, 2 oktyabr, AZƏRTAC
Dünən təsnifat yarışları olmuşdu. Bu gün komanda finalında çıxış etdik. Sevindirici haldır ki, həm qızlar, həm də oğlanlar arasında finalda təmsil olunduq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə jurnalistlərə açıqlaması zamanı deyib.
O, batut gimnastikası üzrə Azərbaycan komandalarının III MDB Oyunlarındakı nəticələrini dəyərləndirib.
“Qızların yarışında istədiyimiz nəticələri əldə etməsək də, oğlanlar bizi sevindirdilər. Azərbaycana gümüş medal qazandırdılar. Sinxron proqramda mübarizəyə davam edəcəyik. İnanıram ki, idmançılarımız sabahkı finallarda da layiqli çıxış edəcəklər. Şəki camaatını gimnastika yarışlarına dəvət edirəm, onları Azərbaycan idmançılarına dəstək olmağa çağırıram”, - deyə baş katib vurğulayıb.
Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara oktyabrın 3-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 02 Oktyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















