Icma.az
close
up
RU
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Icma.az bildirir, Azertag portalına istinadən.

Ağdam, 1 iyul, AZƏRTAC

Bu gün biz daha çox inteqrasiya edilmiş regiona çevrilmək fikrindəyik. Həmin işlərə gənclərin qatılması bizə daha çox yaradıcı qüvvə gətirəcək, innovasiyaya yol açacaq.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Ağdamda İƏT Həftəsi çərçivəsində keçirilən İƏT-in Gənclər Forumunda çıxışı zamanı deyib.

"İƏT regionu öz mədəniyyətləri, müxtəlifliyi, iqtisadiyyatları, cəmiyyətləri ilə fərqlənir. Ölkələrdə olan əhalinin 60 faizi məhz gənclərdən ibarətdir. Yaxşı təhsilə malik olan gənclər dayanıqlığı, inkişafı və regional artımı irəliyə aparacaq bir gücə çevriləcək. Dünyanın müxtəlif yerlərində çağırışlar üzə çıxır. Bu regionda gənclər öz sözlərini deməlidirlər. Demək olar ki, bütün dünya üzrə gənclərin 30 faizi məşğuliyyətlə, həmçinin əmək bazarına çıxışla bağlı problemlərlə üzləşir. Gənclərə bu gün müəyyən bacarıqlar formalaşdırmaq imkanı yaradılmalıdır. Əlbəttə ki, yeni iş yerləri haqqında danışırıqsa, texniki bacarıqlar, bilik və savad çox vacibdir. Çünki biz yeni gələcək iqtisadiyyat haqqında danışırıq. Həmçinin İƏT regionunda gənc qadınlar məşğulluq baxımından böyük məhrumiyyətlərlə üzləşirlər. Siyasi mübarizə, münaqişələr səngimir ki, bu da qeyri-mütənasib şəkildə gənclərə təsir göstərir, yoxsulluğu daha da kəskinləşdirir və daha çox gərginliyə yol açır. Lakin ölkələrimiz arasında tarix və dəyərlər baxımından çox oxşarlıqlar var. Biz istənilən imkandan istifadə etməliyik ki, bir-birimizi daha çox tanıyaq, körpülər salaq, öyrənək, təcrübə mübadiləsi aparaq. Bu da əslində bizim planlarımızın bir hissəsidir və gələcəyə doğru yatırılan sərmayədir”, - deyə o vurğulayıb.

Baş katib əməkdaşlıq proqramlarının universitetlərlə, təhsil ocaqları ilə birlikdə tərtib edilməsinin tərəfdarı olduqlarını diqqətə çatdırıb. “Qarabağ regionunda buna çalışacağıq. Ümid edirik ki, növbəti dəfə buraya gəldikdə, daha çox inkişaf görəcəyik. İstərdik ki, Qarabağ Universitetinin rektorunun təklifi ilə tələbə mübadiləsi proqramlarını həyata keçirək. Regionun müxtəlif yerlərindən gənclər buraya gəlib, təhsil alsınlar. Gənclərə sərmayələrin yatırılması ümumi gələcəyimizə yatırılan sərmayədir. Gənclərin bu işə qatılması regionun dayanıqlı inkişafına, iqtisadi artıma və regional əməkdaşlığa töhfə verəcək. Düşünürəm ki, bu, İƏT-in planlarının reallaşmasına daha çox töhfə verəcək. Mən Azərbaycan Respublikasının hökumətinə forumun təşkilinə görə təşəkkür edirəm. Azərbaycanın bu sahədə göstərdiyi rəhbərlik keyfiyyətləri, bu cür tədbirlərin təşkilində apardığı işlər gənclərin regional inkişaf məsələlərinə, tərəqqi işlərinə qatılmasına imkan yaradır", - deyə Əsəd Məcid Xan bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri