Baş katib: NATO ölkələri müdafiəyə ÜDMin 2 %dən çoxunu xərcləməlidir Xəbər saytı Son xəbərlər və Hadisələr
NATO ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır.
"Report" xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Baş katibi Mark Rutte bildirib.
"2023-cü ildə müttəfiqlər ÜDM-in azı 2 %-ni müdafiəyə ayırmağa razılaşdılar. Amma deyim ki, bizim 2 %-dən də çoxuna ehtiyacımız olacaq", - o deyib.
Baş katibin sözlərinə görə, sülhü qorumaq üçün güclü müdafiəyə ehtiyac olmadığını düşünmək səhvdir.
O, həmçinin əlavə edib ki, güclü müdafiə olmadan uzunmüddətli təhlükəsizlik mümkün deyil.
Baxış sayı:94
Mənbə:https://baku.ws