Icma.az
close
up
RU
Baş katib: “Rəqibimizin heyətində La Liqada oynamış oyunçular var”

Baş katib: “Rəqibimizin heyətində La Liqada oynamış oyunçular var”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qrupumuz maraqlı və kifayət qədər rəqabətlidir. Rəqiblərimizin əksəriyyəti bizə tanış komandalar olsa da, hər görüşün çətin keçəcəyini gözləyirik”.

İdman.Biz bildirir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov milli komandanın Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatındakı şanslarını dəyərləndirərkən deyib.

O, AZƏRTAC-a açıqlamasında Azərbaycan yığmasının qrup mərhələsində ilk oyununu Avstriyaya qarşı keçirəcəyini xatırladıb: “Milli səviyyəsində bu komanda ilə ilk dəfə üz-üzə gələcəyik. Fransa və İtaliya ilə isə daha əvvəl qarşılaşmışıq. Son Avropa çempionatında - 2024-cü ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən turnirdə də demək olar ki, eyni qrupda yer almışdıq. Həmin vaxt rəqiblərimiz Fransa, İtaliya və Belçika idi. Bu dəfə Belçikanın əvəzinə Avstriya bizimlə eyni qrupda yer alıb. Demək olar ki, yenidən eyni rəqiblərlə mübarizə aparacağıq”.

Baş katib Fransa və İtaliya yığmaları ilə əvvəlki qarşılaşmaları yada salıb: “Hər iki komanda ilə ilk dəfə 2023-cü ildə Bakıda təşkil olunan beynəlxalq turnirdə üz-üzə gəlmişdik və hər iki görüşdə minimal hesablı qələbə qazanmışdıq. Növbəti oyunlarımız isə 2024-cü il Avropa çempionatında baş tutdu. Həmin matçlarda da millimiz qalib gəlmişdi. Xüsusilə İtaliya ilə görüş çox gərgin və çətin keçmişdi”.

O.Hüseynov rəqiblərin hazırlıq prosesi ilə bağlı da fikirlərini bölüşüb: “İtaliya millisinin hazırkı vəziyyəti barədə geniş məlumatımız yoxdur. Onların hazırlığı ilə bağlı məlumat paylaşılmayıb. Fransa yığması İngiltərədə keçirilən beynəlxalq turnirdə iştirak edib. Avstriya isə həm Çexiyada, həm də Slovakiyada təşkil olunan yarışlarda son yoxlama oyunlarına çıxıb”.

Federasiya rəsmisi bəzi komandaların heyətlərində tanınmış futbolçuların yer aldığını vurğulayıb: “İtaliya, Fransa və Avstriya yığmalarında əvvəllər tanınan bəzi futbolçular artıq yoxdur. Lakin Slovakiya millisində kifayət qədər məşhur simalar çıxış edir. Məsələn, vaxtilə Almaniyanın “Şalke” klubunda oynamış Erik Yendrişek və Slovakiya millisinin tanınmış futbolçularından olan Yuray Kuçka komandanın heyətində yer alırlar. Belə oyunçuların iştirakı həm rəqabəti artırır, həm də komandamız üçün əlavə motivasiya yaradır. Bosniya və Herseqovina millisinin heyətində də yüksək səviyyəli futbolçular var. Bu komandanın heyətində vaxtilə İspaniyada, La Liqa səviyyəsində çıxış etmiş oyunçular var. Belə rəqiblərlə qarşılaşmaq hər zaman maraqlıdır. Tanınmış futbolçuların minifutbolda çıxış etməsi turnirin marağını və rəqabət səviyyəsini daha da artırır”.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək Slovakiyanın Bratislava şəhərində keçiriləcək. Azərbaycan millisi F qrupunda Fransa, İtaliya və Avstriya yığmaları ilə mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 May 2026 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see357

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see346

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see337

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see324

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see317

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see309

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see299

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see291

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see287

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see257

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see241

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see237

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see228

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see225

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see220

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see205

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see196

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see194

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see189

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri