Baş katib: TDT sammiti Azərbaycanda yeni təşəbbüslərin başlanması üçün platforma olacaq
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci il üçün planlaşdırılan TDT-nin iki əsas tədbiri - Macarıstanda dövlət başçılarının qeyri-rəsmi sammiti və Azərbaycanda 12-ci rəsmi sammitdir.
“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev “Kazinform” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, qeyd olunan sammitlər təşkilatın gələcək inkişafını müəyyən edən əsas qərarların müzakirəsi və yeni təşəbbüslərin başlanması üçün mühüm platformalar olacaq.
"TDT genişləndirilmiş əməkdaşlıq və strateji artım mərhələsinə qədəm qoyur. 2025-ci ilin türk dövlətləri arasında əhəmiyyətli tərəqqi və daha dərin inteqrasiya ili olacağını vəd edir", - K.Ömüraliyev vurğulayıb.
Baş katib bildirib ki, ümumilikdə TDT 2025-ci il üçün strateji əməkdaşlığa fokuslanaraq iddialı gündəliyin həyata keçirilməsini davam etdirmək niyyətindədir.
Məlumat yenilənir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 17 Fevral 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















