Icma.az
close
up
RU
Baş katib: Türk Dövlətləri Təşkilatının Maliyyə Araşdırmaları Xidməti yaradılır

Baş katib: Türk Dövlətləri Təşkilatının Maliyyə Araşdırmaları Xidməti yaradılır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 iyun, Günel Türksoy, Nailə Həsənova, AZƏRTAC

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Məhkəmə Şuraları sədrlərinin görüşü bir daha göstərdi ki, biz yalnız məhkəmə orqanları ilə deyil, ümumilikdə beşdən artıq istiqamət üzrə əməkdaşlıq edirik. Məsələn, TDT-nin Baş Prokurorlar Şurası, Notariuslar Birliyi fəaliyyət göstərir. Bunlar yalnız əməkdaşlıq etdiyimiz istiqamətlərdən bir neçəsidir. Əslində isə belə istiqamətlərin sayı çoxdur. Bütün bu təşəbbüslər TDT-yə üzv ölkələr arasında birliyin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir. Onsuz da bizim ortaq tariximiz, mədəniyyətimiz, dilimiz var. Heç kim bizi bir-birimizdən ayıra bilməz. Bu birliyi daha da gücləndirmək üçün isə ilk növbədə, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlıq etməliyik.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

Baş katib bildirib ki, TDT-də bu cür şuralar məhz institutlaşdırma məqsədilə yaradılır: “Yəni əməkdaşlıq şuraları bir dəfə toplanmaq üçün deyil. Bu şuralar davamlı və məzmunlu fəaliyyət göstərməyə xidmət edir. Məsələn, bu gün keçirilən TDT-nin Məhkəmə Şuraları sədrlərinin 3-cü görüşündə Əsasnamə qəbul edildi və bundan sonra fəaliyyət həmin sənədə əsasən tədbirlər planı üzrə həyata keçiriləcək”.

Kubanıçbek Ömüralıyev xatırladıb ki, 16 il əvvəl Naxçıvanda TDT yaradılarkən cəmi bir və ya iki istiqamət üzrə əməkdaşlıq mövcud olub. Hazırda isə prioritet və aparıcı istiqamət dövlət başçılarının görüşləridir. “Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qeyri-rəsmi Zirvə görüşləri keçirilib və bu, artıq bir ənənəyə çevrilib. Dövlətlər arasında yaradılmış əməkdaşlıq şuraları iştirakçı ölkələrin təşəbbüsü ilə yaradılır. Məsələn, Məhkəmə Şuralarının yaradılması təşəbbüsü Azərbaycanın Ali Məhkəməsinin nümayəndələri tərəfindən irəli sürülmüşdü. Elə bu ay ərzində yeni bir strukturun - TDT-nin Maliyyə Araşdırmaları Xidmətinin yaradılması da nəzərdə tutulur. İyunun əvvəlində isə Astanada Milli Bankların rəhbərlərinin toplantısı keçirildi. Bu kimi nümunələr çoxdur. Bir daha qeyd etmək istərdim ki, bütün bunlar təşkilatımızın möhkəmləndirilməsi məqsədilə həyata keçirilir”, - deyə Baş katib qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri