Baş katib: Ukraynanın NATO ya üzvülüyü üçün hazırda konsesus yoxdur
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynanın NATO-ya üzvlük iddiasında olmaq hüququ var, lakin onun qəbul olunması alyans üzvləri arasında konsensus tələb edir.
APA xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Azadlıq Radiosuna verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, hazırda Şimali Atlantika Alyansının üzvləri arasında belə konsensus yoxdur və yaxın gələcəkdə yaranması da ehtimal olunmur.
Rutte urğulayıb ki, Rusiya və Ukrayna arasında mümkün atəşkəs və ya sülh razılaşmasının ən vacib elementlərindən biri Rusiyanın gələcəkdə Ukraynaya yenidən hücum etməyəcəyinə dair təminatlar olmalıdır.
Baş katib təhlükəsizlik təminatlarının hansı formada ola biləcəyini dəqiqləşdirməyib, lakin bildirib ki, bu təminatlar Rusiyanın Ukraynaya yenidən hücum etməsini iqtisadi və siyasi baxımdan sərfəsiz etməlidir.
“Vacibdir ki, Ukrayna üzrə sülh razılaşması əldə olunduqdan sonra Rusiya bir daha belə cəhd göstərməsin. O, bunu etməyəcək — əgər bilsə ki, yenidən Ukraynaya hücum etməyə cəhd etdiyi halda nəticələr onun üçün dağıdıcı olacaq, istər uzunmüddətli atəşkəsdən, istərsə də sülh sazişi imzalandıqdan sonra”, - o bildirib.
“Biz əmin olmalıyıq ki, Putin başa düşsün: o, bunu bir daha heç vaxt edə bilməyəcək,” - Rutte əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 25 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















