Baş məşqçi: Arda fantastik mərkəz yarımmüdafiəçisi olacaq
Icma.az, Idman.biz saytına istinadən bildirir.
"Arda Güler "Real Madrid"in gələcəyi üçün çox vacib oyunçu olacaq, çünki yarımmüdafiədə onun xüsusiyyətlərinə malik futbolçular çox deyil".
İdman.biz xəbər verir ki, bu sözləri Kral klubunun baş məşqçisi Karlo Ançelotti komandanın türkiyəli futbolçusu ilə bağlı fikirlərini bölüşərkən deyib.
"Real"ın çalışdırıcısı Ardanın oyununu inkişaf etdirdiyini deyib: "O, daha əhəmiyyətli bir futbolçuya çevrilir. Bu, gələcəkdə daha çox məna kəsb edəcək. Arda ustalıq nümayiş etdirir və oyununda sabitlik artır. Düşünürəm ki, o, sadəcə cinah oyunçusu deyil, fantastik mərkəz yarımmüdafiəçisi olacaq.
Qeyd edək ki, Arda bu mövsüm La Liqa və Kral kubokunda ümumilikdə 29 matçda 4 qol vurub.
İdman.biz
Baxış sayı:86
Bu xəbər 03 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















