Baş məşqçi Kazemironun gələcəyi barədə suallara aydınlıq gətirdi
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Maykl Karrik Kazemironun gələcəyi ilə bağlı mövqeyin dəyişməyəcəyini bir daha təsdiqləyib. Sport24.az xəbər verir ki, Premyer Liqanın son turunda "Brentford" üzərində qazanılan 2:1 hesablı qələbədən sonra Kasemiro ətrafında müzakirələr yenidən alovlanıb. Matçın ən yaxşı oyunçusu seçilən və mövsümdəki 9-cu qoluna imza atan futbolçu üçün azarkeşlər "bir il də qal" şüarları səsləndirsələr də, qərarın dəyişməz olduğu bildirilir.
Maykl Karrik matçdan sonra verdiyi açıqlamada tərəflər arasındakı vəziyyətin şəffaf olduğunu vurğulayıb:
"Bu məsələ hər iki tərəf üçün aydındır. Kazemiro komanda üçün çox önəmli fiqurdur. Böyük təcrübəsi var və karyerası ərzində çox şey qazanıb. O, burada olduğu müddətdə əlindən gələnin maksimumunu etdi".
Mütəxəssis sonda futbolun dəyişməz qanuna da toxunub:
"Futbolda oyunçular gəlir və gedir. İnkişaf etmək və irəli baxmaq lazımdır. O, hər şeyini verdi və azarkeşlərlə bu əlaqəni qurması sevindiricidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 Aprel 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















