Baş məşqçi: “Kənan Heybətovdan bu qızıl medalı çoxdan gözləyirdik”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan güləş milli komandasının baş məşqçisi Xetaq Qazyumov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında sərbəst güləşçilərimizin çıxışını qiymətləndirib.
İdman.Biz xəbər verir ki, sərbəst güləşçilərimiz çempionatda 1 dəst medal qazanıblar.
“Çox sevinirik ki, bu yarışda çempionumuz oldu. Kənan Heybətovdan bu qızıl medalı çoxdan gözləyirdik. Gənc güləşçimiz Xetaq Karsanovun yenicə keçdiyi 125 kq-da gümüş medal qazanması da sevindiricidir. Ali Tsokayev də 86 kq-a keçidini medalla qeyd etdi. Ceyhun Allahverdiyev və Fərid Cabbarovdan da medal gözləyirdik.
Onlardan başqa da medal qazana biləcək milli üzvləri var idi. Bəzisi taktiki səhvlərə yol verdi. Bəzisi isə emosiyalarını cilovlaya bilmədi. 3 gündən sonra İslam Həmrəyliyi Oyunlarının hazırlıqlarına başlayacağıq. Bu yarışda aşkarladığımız səhvləri və boşluqları növbəti yarışa qədər aradan qaldırmağa çalışacağıq”, - Qazyumov deyib.
Baxış sayı:42
Bu xəbər 29 Oktyabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















