Baş məşqçi Pep Qvardiola “Mançester Siti” ilə yeni müqavilə imzalayıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 noyabr, AZƏRTAC
İspaniyalı baş məşqçi Pep Qvardiola İngiltərənin "Mançester Siti" futbol klubu ilə yeni müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, yeni müqavilə bir mövsüm üçün nəzərdə tutulub.
Qeyd edək ki, Qvardiolanın 53 yaşı var və 2016/17 mövsümünün əvvəlindən "Mançester Siti"yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda altı dəfə İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu, dörd dəfə Liqa Kubokunu, üç dəfə İngiltərə Superkubokunu qazanıb. Bundan əvvəl o, İspaniyanın "Barselona"sını və Almaniyanın "Bavariya"sını çalışdırıb.
Qvardiola üç dəfə Beynəlxalq Futbol Federasiyası tərəfindən ilin məşqçisi mükafatını qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 20 Noyabr 2024 04:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















