Baş məşqçi: Qazaxıstana qarşı göstərdiyimiz oyunu Rumıniya ilə matçda da nümayiş etdirsəydik, finala yüksələcəkdik
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 15 sentyabr, AZƏRTAC
Üçüncülük uğrunda Qazaxıstana qarşı göstərdiyimiz oyunu yarımfinalda məğlub olduğumuz Rumıniyaya nümayiş etdirsəydik, finala yüksələcəkdik. Hətta deyərdim ki, çempion da ola bilərdik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Sahib Məmmədov sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində keçirilmiş Avropa çempionatında (EBSL) bürünc medal qazanmaları barədə danışarkən deyib.
O, layiqli mübarizəyə görə komandasına təşəkkür edib: “Turnirdən öncə biz favorit sayılırdıq. Orada olan rəqiblərdən güclü idik. Hər biri ilə başabaş mübarizə apardıq. Təəssüf ki, alınmadı. Yarımfinal görüşündə Rumıniya üstün tərəf idi. Onların qapıçıları inamlı çıxış etdi. Vurduğumuz topları çıxara bilirdi. Daha yaxşı hazırlaşıb gələcəkdə çempion olmaq istəyirik”.
Qeyd edək ki, Azərbaycan yığması 3-cü yer uğrunda oyunda Qazaxıstan yığmasını 7:1 hesabı ilə məğlub edib və bürünc medala yiyələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 15 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















