Icma.az
close
up
RU
Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynlə keçirilən matçdan (0:0) sonra oyun barədə fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, mütəxəssis nəticədən narazı qaldığını və vəziyyətin çətinləşdiyini bildirib:
"Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, buna nail ola bilmədik. Bilirəm ki, vəziyyətimizi daha da çətinləşdirdik. Çıxış yolumuz son iki oyunda qalib gəlməkdir. Qol epizodlarımız oldu, amma çox deyildi. İlk dəqiqədə çox real imkanımız var idi, istifadə edə bilmədik. İstədiyimiz tempi də tam olaraq yarada bilmədik. Günahkar axtarmayacağıq. Futbolçulara da dedim ki, məsuliyyət mənim üzərimdədir. Son iki oyunda mübarizə aparıb qalib gəlmək istəyirik. Futbolçularımız çalışdılar. İndi əsas məqsədimiz Litva matçına köklənməkdir. Başqa deyiləsi söz yoxdur".
- Rəqibin baş məşqçisi dedi ki, komandamız peşəkar deyil, başqa sahələrdə çalışırlar. Bizim oyunçular hansı sahədə çalışsalar, daha faydalı olarlar Azərbaycan üçün?
- Hamınız haqlısınız. Lixtenşteyni məğlub etməli idik. Rəqibin peşəkar olub-olmamasını müzakirə etmək mənə düşmür. Amma biz öz performansımızdan zəif çıxış etdik. Bunu hamı gördü. Çıxış yolu Litva ilə oyunda qalib gəlməkdir.
- Rəhbərlik sizi istefaya göndərsə, təzminatdan imtina edəcəksiniz?
- Müqaviləmiz qışa qədərdir. Bura milli komandadır. Biz ən ağır dönəmdə gəldik və çəkinmədən məsuliyyəti üzərimizə götürdük. İndi də məsuliyyətdən qaçmırıq. Rəhbərlik sabah hansı qərarı verərsə, problem yoxdur. Onların qərarı ilə razıyam. Futbolda başqa problemlər də var. Vaxt hər şeyi göstərəcək.
- Bizim üçün sürpriz oldu ki, siz müdafiədən yox, dərhal hücumda oynamağa başladınız...
- Sürpriz oldu?..
- Futbolçuların üzərində sanki gərginlik var idi, Vüsal İsgəndərlini belə aqressiv görməmişdik...
- Vüsalı demək ki, yaxşı izləmirsiniz. O, çox istəkli idi. Qələbə qazanmaq istəyiriksə, kompakt müdafiəni yarmaq lazım idi. Vüsalın belə istəkli olması normaldır.
- Komandanı Litva oyununa hazırlamaq nə dərəcədə çətin olacaq?
- Asan deyil, əlbəttə, çətindir. Məsuliyyət mənim üzərimdədir. Səhvlərimizi təhlil edəcəyik. İki gün ərzində həm bərpa olunmalı, həm də rəqibə qarşı hazırlaşmalıyıq. Rotasiyalarımız olacaq. Dörd oyunu eyni heyətlə keçirmək asan deyil. Futbolçular hər şeyi dərk edirlər. Bəlkə də bunlar bizim xeyrimizə olacaq.
- Komandada inkişaf görünür, yoxsa daha da geriyə gedir?
- Tərifləməyəcəyəm. Mən qələbə qazanan komandaya gəlməmişəm. Real danışaq. Özümü qorumuram. Mən komandaya gələndə İslandiya bizə gəzə-gəzə 5 qol vurmuşdu, yoldaşlıq görüşlərində 0:3 hesablı məğlubiyyətlərimiz olurdu.
Ən böyükhesablı məğlubiyyətimiz Fransaya qarşıdır. Komandada əzmkarlıq artıb, yeni adlar üzə çıxarırıq. Amma bu da yetərli deyil. Hücumçu problemimiz varsa, bu, yetərli deyil. Zaman lazımdır. Mən oldum, ya başqası oldu, çox şey dəyişməyəcək. Əsas odur ki, millidə istək var, təslim olmurlar. Neçə oyundur uduzmuruq, amma uda da bilmirik. Ən böyük problem budur.
- Son 20 ili götürsək, millinin rüsvayçı nəticələrini izləmişik. Sizin milliyə gəlişinizdən sonra ilk böyük ağır təzyiqlərə rastlaşacağınız andır. Özünüz psixoloji olaraq bunu qarşılaya biləcəksiniz?
- Mən gələndən millidə yanaşmada çox fərq var. Klubda bəlli sayda azarkeş olur. Bura klub deyil. Ölkənin bir nömrəli komandasındayıq və burada çox böyük təzyiq var. Biz də buna alışırıq, bu yükü götürmək məcburiyyətindəyik. Bilirdik ki, bu təzyiqlər olacaq. Allah qoysa, öhdəsindən gələrik.
- Gənc yığma komandalarımızdan, gənc nəsil futbolçulardan razısınız? Futbolumuzda işıq görürsünüz?
- Uzun söhbətdir. Yerli futbolçu azdır. Orta səviyyəli klublar gənc oyunçulara üstünlük verməlidir. Futbolçuların sayı çox azdır. Aşağıdan başlamalıyıq. Klubların və akademiyaların üzərinə böyük yük düşür. İş gedir. Bilirik ki, əlimizdə olan material budur.
Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2026 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri