Baş məşqçidən Sterlinq və Disasinin oynamamsı barədə suala maraqlı cavab
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
"Çelsi"nin baş məşqçisi Entso Mareska müdafiəçi Aksel Disasi və hücumçu Rahim Sterlinqin heyətə düşməməsinin nə qədər çətin olduğu ilə bağlı sualı cavablandırıb.
İdman.biz bildirir ki, hər iki futbolçu bu mövsüm heç bir oyuna çıxmayıb.
"Atam balıqçı idi. O, 50 il ərzində hər gün səhər saat 2-dən səhər saat 10-a kimi işə gedirdi. Çətin budur, futbolçu olmaq yox", - Mareska deyib.
Daha əvvəl mediada Sterlinqin yanvar transfer pəncərəsinə qədər "Çelsi"nin əsas heyətindən ayrı məşq edəcəyi barədə xəbərlər gedib.
Ötən mövsüm Sterlinq "Arsenal"da icarə əsasında çıxış edib və 28 matçda 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
Disasi ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib. Futbolçunun "Çelsi" ilə hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
İdman.biz

