Icma.az
close
up
RU
Baş məşqçilik fiaskosu: Vaqif Cavadovla Cavid Hüseynov nələri düz etmirlər?

Baş məşqçilik fiaskosu: Vaqif Cavadovla Cavid Hüseynov nələri düz etmirlər?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Anar Həsənov yazır...

Azərbaycan millisinin üç sabiq futbolçusu hazırda Misli Premyer Liqasında yeni nəsil baş məşqçilər korpusunu təmsil edirlər. Bunlar Vaqif Cavadov, Cavid Hüseynov və Rəşad Sadıqovdur. Bu məşqçilərin rəhbərlik etdikləri komandaların elitadakı hazırki durumu hər bir futbol azarkeşinə bəllidir. Ancaq yenə də məşqçilərin bu mövsümkü performanslarına və komandalarının liqadakı durumuna ətraflı baxış keçirək.

Başlayaq Vaqif Cavadovdan.

Samir Abasovun "Neftçi"yə keçidindən sonra "Sumqayıt" klubunun baş məşqçi postuna təyin olunan Vaqif Cavadovun ilk gəlişi azarkeşlərə ümid versə də, iri dalğalarla üzləşən gəminin göyərtəsi təzyiqlərə çox tab gətirə bilmədi. Bunu deməyə əsas klubun uğursuz oyunları ilə əlaqədardır. Komanda uzun müddətdir ki, Vaqif Cavadovun başçılığı altında qol üzünə həsrətdir. Hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandalar sırasına "Sumqayıt"da qatılıb. "Şamaxı" və "Kəpəz"in son zamanlardakı inamlı çıxışları "Sumqayıt" və "Səbail" üçün başağrısına çevrilə bilər. İnfrastruktura görə digər klubları qabaqlayan, amma oyun baxımından geri qalan "Sumqayıt"ı hansı amil xilas edə bilər? Yaxud komandanı xilas edə biləcək kimsə varsa, bu şəxs kimdir?

Bu suallara cavab tapmaq asan olmasa da, bəllidir ki, daha təcrübəli çalışdırıcı ilə yola davam etmək Gənclik şəhərinin təmsilçisi üçün daha uyğun olar. Vaqif Cavadovun mətbuat konfransında dediklərinə diqqət yetirək, daha sonra isə mövzuya yenidən davam edərik:

- Dejavu yaşayırıq, neçə turdur, eyni sözləri eşidirik…

- Nə eşitmək istəyirsiniz? İmkanlarımız var, amma istifadə edə bilmirik. Futbolçuların psixoloji durumu çətindir. "Kəpəz"lə oyunda bunun yolunu tapacağıq. Güclü, istəkli olan qələbə qazanacaq. Bəlkə bu matçdan sonra istədiyinizi eşidəcəksiniz. İnanıram ki, hər şey qaydasında olacaq.

- "Kəpəz"ə məğlub olsanız, istefa verəcəksiniz?

- Bəlkə də. Beş oyun sonra da istefa verə bilərdim, amma futbolçuların əzmkarlığı, sərgilədikləri oyun ümid verdi. Hər şeyi edirik, qol vurmaq olmur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.

- Mütəxəssis kimi "Sumqayıt"ın qol vura bilməməsi haqda nə deyə bilərsiniz?

- Nöqsanlara gəlmək istəmirəm. Futbolçuları istədiyimiz kimi tuta bilmirik. Oyunlara, qol imkanlarına baxsaq, görərik ki, istifadə edə bilmirik. Hər şansı dəyərləndirməliyik. Birinci dövrədə belə deyildi və qələbə qazanırdıq. Ruhdan düşməməliyik. Əlimdən gələni edəcəyəm ki, komanda bu durumdan çıxsın. Əminəm ki, komanda 200 faiz elitada qalacaq.

- Özünüzə, ya komandaya əminsiniz?

- Komandaya, özümüzə. Futbolçulara güvənirəm. "Kəpəz"lə oyundan sonra hər şey qaydasına düşəcək.

- "Kəpəz"i məğlub etmək nəyi dəyişəcək? Necə əmin olaq ki, bir oyunla hər şey düzələcək?

- Gözləmək lazımdır. Həmin oyundan sonra sualı verərsiniz. Komandanı bu durumdan çıxarmağa çalışırıq. Bura gələndə vəziyyət bundan da pis idi.

- Sanki küskün görünürsünüz…

- Olacam da… Komanda, rəhbərlik olaraq çalışırıq ki, bu durumdan çıxaq. Gənc məşqçi kimi mənə də motivasiya lazımdır. Yeni gələndə qələbələr qazanırdıq və hamı Vaqifdən danışırdı. İndi uduzuruq, deyirlər, təcrübəsizdir. Bəlkə mən də belə deyərdim. Məşqçi yaxşı, pis günlərdə yetişir. Rəhbərlik sağ olsun, dözür. Mən də inanıram ki, növbəti oyunlarda daha yaxşı olacağıq. Rəhbərliyin də qane olacağını düşünürəm.

Bəli.. Bu sözləri Vaqif Cavadov doğma meydanda "Qarabağ"a 0-2 hesabı ilə məğlub olduqdan sonra deyib. Düzdür, rəqib "Qarabağ" olduğu halda baş məşqçilərimiz, xüsusilə də liqada təcrübəsi az olanlar üçün, qələbə qazanmaq çətin məsələdir. Qurban Qurbanovla UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa" bacarmamışdı, Vaqif Cavadov nə etsin? İndiki halda hər kəs Vaqif Cavadovdan istefa verməsini tələb edir, o isə "Kəpəz"lə görüşdə qalib gələcəyini və elitada qalacağını deyir. Klub rəhbərliyi verilən bu vədlərə inanaraq hərəkət edəcəksə, "Sumqayıt" azarkşeləri gələn mövsüm Premyer Liqanı yox, I Liqanı izləməli olacaqlar. Hərçənd gedişat da onu göstərir. Amma Vaqif Cavadov bu mövzuda yalnız deyil. Onun həmkarı Cavid Hüseynov da hazırda "Səbail" klubu ilə "inanılmaz" nəticələrə imza atır.

Bir az da Cavid Hüseynovun "uğurlar"ından danışaq.

Daha əvvəllər "Şamaxı"ya başcılıq edən Cavid Hüseynov ilk gəmisini də elə burada batırdı. Komanda I Liqaya yuvarlandı, özü isə yeni klub yaradıb, onu idarə etməyə başladı. "Cəbrayıl" klubunun uğur qazanmasının çətin olacağını görən Cavid Hüseynov daha sonra "Turan Tovuz" klubuna Qurban Berdıyevin köməkçisi vəzifəsinə keçdi. Yəni Cavid bəy bir yerdə uzun müddət dayanmır, - təcrübə qazandığını düşündü və "Səbail" klubunun sükanı arxasına keçmək təklifini qəbul etdi.

Əslində, Cavid Hüseynovun günahı yoxdur. "Səbail" klubunun rəhbərliyi hara baxırdı? Şahin Diniyevlə də vəziyyət eyni, hətta indikindən daha yaxşı idi. Cavid Hüseynovla isə durum lap dəyişdi, amma pisə doğru. "Şamaxı" ilə uğursuz olan, "Cəbrayıl" klubunu yarıyolda qoyan Cavid Hüseynovu baş məşqçi təyin etmək üçün bir-iki saat düşünüb qərar vermək lazım idi ki, "Səbail" də bunu etdi.

İndi isə "Şamaxı" ilə görüşdə 0-2 hesablı məğlubiyyət yaşayan Cavid Hüseynovun mətbuat konfransında dediyi fikirlərə diqqət yetirək:

- "Qarabağ"la kubok oyununun bugünkü görüşə nə dərəcədə təsiri var idi?

- Yorğunluq var idi. Ramazan ayıdır. Yeddi futbolçumuz oruc idi. Bunu bəhanə etmirik. Sadəcə kubok bizə sərf etmirdi. Zədəlilərimiz də var. Biz kubok görüşünə çıxmalıydıq. Yorğunluq təsirini göstərdi. Komandanın potensialı var ki, yaxşı yerlərə gəlib çıxsın.

- Premyer Liqada "Şamaxı"da debüt etmişdiniz. Həmin vaxt komanda aşağı liqaya düşdü. İndi "Səbail"in düşmək təhlükəsi sizə nə dərəcədə təsir edir? Məşqçi olaraq sizə ziyan ola bilər...

- Bilirəm nədəndir. Siz mətbuat işçiləri səthi yanaşırsız bu işlərə. Detallara girmirsiz, üzdən baxırsız. "Səbail"də futbolçuların inkişafı, "Şamaxı"dakı inkişafımız ön planda idi. Orada məşqçi olaraq Premyer Liqadan düşmüşəm. İndi də təhlükə var. Çəkinmirəm. İşimizə davam edirik. Komanda futbol oynamağı bacarır. Bu gün müəyyən səbəblərdən futbolçuların performansı yaxşı səviyyədə deyildi.

- Hesab 0:2 olduğu vaxtda stoper dəyişikliyi nəyə hesablanmışdı?

- Meydana hücumçu da daxil etdik, Mirabdulla Abbasovu buraxdıq. Marko Nikoliçi ona görə meydana buraxdıq ki, standart vəziyyətlərdə yaxşı oynamağı bacarır. Həm də uzun ötürmələrlə hücuma çıxmaqda köməyi dəyə bilərdi.

Nəzərə alsaq ki, hazırda "Qarabağ" da, "Neftçi" də, "Zirə" də Azərbaycan Kubokunda mübarizə aparır, onlar da şikayətlənməlidirlər. Turnir cəvdəlinə baxdığımız zaman şahidi ola bilərik ki, Samir Abasov "Neftçi" azarkeşlərinə verdiyi sözü tutmağa başlayıb. Kubok yolunda uğurla addımlayır, Premyer Liqada isə vəziyyəti stabilləşdirməyi bacarıb. "Qarabağ"a məğlub olmaq isə artıq ölkə çempionatı üçün normallaşmış haldır.

Azərbaycan millisində çıxış etmiş və hazırda klublarda baş məşqçi sükanına əyləşib uğursuzluqlarla üzləşən məşqçilərdən danışdıq, bir az da uğurdan danışaq.

Rəşad Sadıqov "Zirə"də həqiqətən də uzun illərdir ki, əlindən gələnin ən yaxşısını etməyə çalışır. Komanda hər mövsüm avrokuboklarda mübarizə aparmağa şans qazanır. Ya Azərbaycan Kubokundakı, ya da Premyer Liqadakı səviyyəli çıxışı ilə. Bunun əsas səbəblərindən biri klubun davamlı şəkildə eyni baş məşqçiyə güvənməsi, komanda ruhunun olmasıdır. Rəşad Sadıqov futbolçu karyerası ərzində də çıxış etdiyi klublarda uzun müddət qalmağa və uğurları üçün çalışmağa səy göstərirdi. İndi isə eynisini baş məşqçi postunda olarkən edir. Rəşad Sadıqov həm yaxşı futbolçu, həm də məşqçi karyerasına sahibdir.

Bəs yaxşı, Vaqif Cavadovla Cavid Hüseynov Rəşad Sadıqovdan hansı detallara görə geri qalırlar?

Bu səbəbləri qısa müddət ərzində tapmaq elə də asan olmayacaq. Təbii ki, bunun üçün çox uzun vaxt tələb olunur. Hər iki baş məşqçi ümid edək ki, gələcək işlərində istedadlarını hiss etdirəcək və göstərəcəklər. Amma yekun olaraq onu qəbul etməliyik ki, Vaqif Cavadov və Cavid Hüseynov hazırda elita klublarına başçılıq edəcək potensiala tam olaraq sahib deyillər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Mart 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see173

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see117

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri