Icma.az
close
up
RU
Baş nazir ABŞ iqtisadiyyatına zərbə vurmağa hazırlaşır

Baş nazir ABŞ iqtisadiyyatına zərbə vurmağa hazırlaşır

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Kanadanın cənub əyaləti olan Ontarionun baş naziri Daq Ford bildirib ki, o, ABŞ Prezidenti Donald Trampın Kanadaya tətbiq etdiyi iri tariflərə cavab verəcək və bu bölgədə İlon Maskın "SpaceX" şirkətinin "Starlink" internet xidməti ilə olan müqaviləsini ləğv edəcək.
Reyting.az
xəbər verir ki, bunu "Associated Press" nəşri yazıb.
Ford qeyd edib ki, Ontario vilayətinin "Starlink" ilə müqaviləsini ləğv edəcəklər:
“Ontario iqtisadiyyatımızı məhv etmək istəyənlərlə iş görməyəcək. Prezident Tramp günahkar olan yeganə şəxsdir. Bəlkə İlon Mask öz dostuna zəng edəcək? Bu, nəticələrdən biri olar".
Məlum olduğu kimi, Ontario rəsmiləri 2024-cü ilin noyabr ayında "Starlink" ilə kənd və Şimali Ontario sakinlərinə yüksək sürətli internet xətti gətirmək üçün 100 milyon Kanada dolları (yaxud 68 milyon ABŞ dolları) məbləğində müqavilə imzalayıblar.
D. Ford deyib ki, hökumət ABŞ şirkətlərinin əyalət müqavilələrində iştirakını tamamilə qadağan edəcək və bununla ABŞ "on milyardlarla dollar" itirəcək. "Kanada Birləşmiş Ştatlarla bu döyüşə başlamadı, amma siz inanın ki, biz bu döyüşü qazanmağa hazırıq", - deyən Ford ABŞ-a meydan oxuyub.
Qeyd edək ki, D. Ford bu bəyanatı yanvarın sonunda Ontario əyalətində seçki təyin etdikdən qısa müddət sonra verib və o, daha 4 illik müddət üçün çalışır.
Xatırladaq ki, D. Tramp daha əvvəl bəyan etmişdi ki, ABŞ fevral ayının 4-dən etibarən Kanadadan, Meksikadan gələn mallara 25 faiz, Çindən gələn mallara 10 faiz rüsum tətbiq edəcək. Eyni zamanda, ABŞ və Meksikanın hakimiyyət orqanları elan edilən bu yeni rüsumların tətbiqini bir ay gecikdirmək barədə razılığa gəliblər.
D. Tramp 3 fevraldan Çindən ixrac edilməsi nəzərdə tutulan bir çox mallara tətbiq olunacaq rüsumları da qaldıra biləcəyi barədə xəbərdarlıq edib.
Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Fevral 2025 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri