Icma.az
close
up
RU
Baş nazir başa düşür ki, müharibə zamanı verdiyi əmrlər beynəlxalq cinayətdir ANALİZ

Baş nazir başa düşür ki, müharibə zamanı verdiyi əmrlər beynəlxalq cinayətdir ANALİZ

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paşinyanın səbri çatmır, narahatdır


Bakıda qurulan məhkəmənin yekun nəticələrini gözləmək lazımdır



Ötən həftə Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışan Paşinyan tipik erməni həyasızlığı ilə iddia edib ki, guya Araikin belə söz deməsinə səbəb ona qanunsuz psixotrop dərmanın təsiri altında olması ilə bağlı olub: “Regional gərginliyi qızışdırmağa yönəlmiş ifadələr almaq üçün bu insanlara qarşı psixikaya təsir edən, qadağan olunmuş narkotiklərdən istifadə olunur və həmin məhkəmə Ermənistana qarşı istifadə ediləcək”.

Paşinyanın Azərbaycanın ədalət mühakiməsinə təqdim olunmuş təqsirləndirilən şəxslərə psixatrop maddələr verilməsi haqdakı gülünc bəyanatı bu ölkənin mühüm təlaş içində olduğunu göstərir.

Qeyd edək ki, Araik Arutyunyan Gəncəni vurmaq qərarını vermədiyini, bu qərarı verməyə səlahiyyətinin çatmadığını məhkəmədə etiraf edib. O, 44 günlük müharibə zamanı Gəncənin vurulmasını özünün əmr etdiyi barədə yaydığı videonu yada salaraq, bu videonun çəkilmə səbəbi haqda istintaqa ifadəsində danışdığını bildirib. Eyni zamanda bu hadisəyə görə Azərbaycan xalqından üzr istəyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Paşinyanın iddialarına cavab verib. O bildirib ki, Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlamaları düzgün hesab etmirik: "Azərbaycan Respublikasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq bu prosesdə iştirak etməkdə təqsirli bilinən şəxslərlə əlaqədar məhkəmə prosesi davam edir. Məhkəmə tam obyektiv, ədalətli şəkildə həyata keçirilir. Məhkəmənin işinə bu formada müdaxilə edilməsi cəhdlərini düzgün hesab etmirik. Təqsirləndirilən şəxslərin bütün hüquqları tam şəkildə təmin olunub. Onlar tərəfindən verilən ifadələrin ölkəmizin kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilir. Ona görə də Ermənistan rəhbərliyinin bu açıqlamalarını düzgün hesab etmirik.

Ümumiyyətlə, məhkəmə prosesi sübut edir ki, burada ən vacib məsələlərdən biri Ermənistan Respublikasının dövlət məsuliyyətidir. Bu prosesdə təqsirləndirilən şəxslərin özlərinin də ifadələri əsasında o fikrə gəlmək olur ki, tapşırıqlar bilavasitə Ermənistan Respublikası tərəfindən verilib. Ermənistan Respublikası təcavüzkar və işğalçı dövlət olub və Ermənistandan verilən əmrlər də yerində müxtəlif şəxslər tərəfindən icra edilib.

Amma yenə də məhkəmənin yekun nəticələri haqda bir söz demək düzgün olmazdı. Məhkəmə prosesi çərçivəsində bütün təqsirləndirilən şəxslərin məsuliyyəti tam şəkildə təmin olunacaq. Burda ən vacib məsələ ədalətin təmin olunmasıdır. Bu ədaləti Azərbaycan xalqı gözləyir”.

 Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakıda hərbi cinayətlərdə ittiham edilən erməni əsilli şəxslərə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddialara münasibətini bildirən Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov deyib ki, verdiyi açıqlama N.Paşinyanın narahatlığından irəli gəlir. Onun sözlərinə görə, Paşinyan başa düşür ki, müharibə zamanı verdiyi əmrlər beynəlxalq cinayətdir. Burada söhbət təkcə iki ölkə arasındakı münasibətlərdən getmir. Özünü demokrat adlandıran Paşinyanın gələcəkdə cinayət məsuliyyətinə cəlb edilməsi hüquqi əsas yarada bilər:

seeBaxış sayı:579
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Yanvar 2025 07:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri