Baş nazir Əli Əsədov Moskvada işgüzar səfərdədir
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə MDB-nin Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün işgüzar səfərlə Moskva şəhərinə gəlib.
SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

