Baş nazir Əli Əsədov N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində olub AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskva, 12 dekabr, AZƏRTAC
Moskvaya işgüzar səfəri çərçivəsində Baş nazir Əli Əsədov və MDB-yə üzv ölkələrin digər nümayəndə heyətlərinin rəhbərləri dekabrın 12-də N.E. Bauman adına Moskva Dövlət Texniki Universitetinin kampusunda olublar.
AZƏRTAC xəbər verir ki, burada hökumət başçılarına MDB ölkələrindən Moskva universitetlərində təhsil alan tələbələrin birgə mühəndis layihələrinin təqdimatı keçirilib.
Azərbaycanlı tələbə Vüsal Məhərrəmovun da daxil olduğu qrup “Xəzərin orbiti” layihəsini təqdim edib. Bu layihənin məqsədi Xəzərin ekoloji problemlərinin kosmik monitorinq texnologiyalarının işlənməsidir.
Baş nazir Əli Əsədov azərbaycanlı tələbənin daxil olduğu qrupun təqdimatını yüksək qiymətləndirib və Vüsal Məhərrəmova təhsilində uğurlar arzulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Baxış sayı:96
Bu xəbər 12 Dekabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















