Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ilə görüşüb.
Nazirlər Kabinetindən XQ-yə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında yüksəksəviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı məmnunluqla qeyd olunub.
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Gününün keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bu təşəbbüsün reallaşdırılması son illərdə mədəni-humanitar sahədə artan qarşılıqlı əlaqələrin məntiqi davamı kimi qiymətləndirilib.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda təşkilatın fəaliyyətində fəal iştirakı vurğulanıb.
Tərəflər Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələr üzrə əlaqələrin gələcək inkişaf imkanlarını müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 13 İyun 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















