Icma.az
close
up
RU
Baş nazir iki qərar imzaladı

Baş nazir iki qərar imzaladı

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nazirlər Kabineti “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda dəyişiklik edib.

Globalinfo.az bildirir ki, qərarın adından “18 yaşınadək yeniyetmələrin” sözləri çıxarılıb.

İndiyə qədər İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar sanatoriya-kurort putyovkası ilə: işləyənlər – iş yerindən, işləməyənlər isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən təmin olunublar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində).

Dəyişikliyə əsasən, artıq bu Qaydalarda göstərilmiş şəxslər ildə bir dəfədən çox olmamaqla sanatoriya- kurort putyovkaları (yollayışları) ilə (işləyənlər – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 135-ci bəndinə uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən işəgötürənlərə təqdim olunan putyovkalarla (yollayışlarla) iş yerindən, işləməyənlər – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən) növbəlilik əsasında təmin olunacaqlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində, gediş-gəliş xərcləri daxil olmaqla).

Sanatoriya-kurort putyovkası (yollayışı) almaq üçün növbəyə götürülmüş 18 yaşınadək uşaqlar müşayiətçi ilə birlikdə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Müşayiətçi sanatoriya-kurort putyovkası (yollayışı) ilə uşağın sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduğu aidiyyəti üzrə yuxarıda göstərilən qurum tərəfindən təmin olunacaq. Bu halda müşayiətçi qismində uşağın valideynləri, digər qanuni nümayəndələri (qəyyumları, övladlığa götürənləri, himayəçiləri) və valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxslər müəyyən oluna bilərlər. Uşağın valideyninin, digər qanuni nümayəndələrinin və valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxslərin Agentliyin yerli qurumlarına və “DOST” mərkəzlərinə yazılı və ya elektron müraciəti əsasında müşayiətçinin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduğu müddət ərzində bir dəfədən çox olmayaraq dəyişdirilməsinə yol veriləcək.

Sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan şəxslər ərizələrini və sanatoriya-kurort kartasını bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq aidiyyəti üzrə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları quruma təqdim edirlər. Ərizə və sanatoriya-kurort kartası təqdim edildikdən sonra sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan və işləməyən şəxs 1 (bir) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Sanatoriya- kurort” altsistemində növbəyə götürülür və bu barədə şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə 2 (iki) iş günü müddətində qısa məlumat göndərilir, eləcə də şəxsin Nazirliyin “e-sosial” internet portalındakı şəxsi kabinetində ətraflı məlumat əks olunur. İşləyən şəxslərə münasibətdə isə sanatoriya-kurort putyovkası (yollayışı) almağa dair məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 141-ci bəndinə uyğun təmin edilir.

Növbə çatdıqda sanatoriya-kurort müəssisəsi və sanatoriya-kurort putyovkasının (yollayışının) vaxtı barədə işləməyən şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə sanatoriya-kurort müəssisəsinə getmə vaxtından ən azı 7 (yeddi) iş günü əvvəl Agentliyin yerli qurumu və ya “DOST” mərkəzi tərəfindən məlumat göndərilir və həmin şəxslər ən azı 3 (üç) iş günü əvvəl sanatoriya- kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Şəxs, uşaqlara münasibətdə isə müşayiətçi məlumatı aldıqdan sonra 3 (üç) iş günü müddətində sanatoriya-kurort müəssisəsinə gedib-getməyəcəyi barədə yazılı, şifahi və ya elektron formada Agentliyin yerli qurumunu və ya “DOST” mərkəzini məlumatlandırmalıdır.

Sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması təsdiq edildikdən sonra həmin təqvim ili ərzində 2 (iki) dəfədən çox olmayaraq sanatoriya-kurort müəssisəsinə getməyəcəyi barədə Agentliyin yerli qurumunu və ya müvafiq “DOST” mərkəzini bu Qaydalarda nəzərdə tutulan müddətdə məlumatlandırmadıqda və (və ya) təklif olunan sanatoriya-kurort putyovkasından (yollayışından) imtina etdikdə şəxs növbədən çıxarılır və işləməyən şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə bu barədə məlumat göndərilir. 9-3. Bu Qaydaların 9-2-ci hissəsinə əsasən növbədən çıxarılmış şəxs növbədən çıxarıldığı gündən 5 (beş) iş günü sonra yenidən növbəyə götürülmək üçün Agentliyin yerli qurumuna və ya “DOST” mərkəzinə müraciət edə bilər.

Sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan şəxsin sanatoriya- kurort müəssisəsinə qəbul olunduğu və həmin müəssisədən buraxıldığı tarix, habelə aparılmış müalicələrin nəticələri barədə məlumatları və “Geri qayıtma” talonu sanatoriya- kurort müəssisəsi tərəfindən 30 (otuz) gün müddətində aidiyyəti quruma təhvil verilməlidir. Agentliyin yerli qurumuna və “DOST” mərkəzlərinə təhvil verilmiş məlumatlar və “Geri qayıtma” talonunun 3 (üç) iş günü müddətində MEİS-in “Sanatoriya-kurort” altsistemi vasitəsilə qeydiyyatı aparılır və onun putyovkanın (yollayışın) istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin edilir.

Sanatoriya-kurort putyovkalarının (yollayışlarının) uçotunun aparılması, onlara dair hesabatların təqdim edilməsi, habelə mühasibat uçotu sənədlərinin saxlanması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.

Bu Qaydaların tətbiqi zamanı yaranan mübahisələr inzibati və ya məhkəmə qaydasında həll edilir.

X X X

“Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda dəyişiklik edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, təqsirkar işəgötürən yenidən təşkil edildiyi halda əlilliyi olan şəxslər onun hüquqi varisi tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar.

Növbə çatdıqda Xidmətlər Agentliyinin yerli qurumu və ya Təminat Agentliyinin müvafiq “DOST” mərkəzi tərəfindən sanatoriya-kurort müəssisəsi və sanatoriya-kurort putyovkasının (yollayışının) vaxtı barədə əlilliyi olan şəxsin, əlilliyi olan uşaqlara münasibətdə onların qanuni nümayəndələrinin əlaqə vasitələrindən birinə sanatoriya-kurort müəssisəsinə getmə vaxtından ən azı 7 (yeddi) iş günü əvvəl məlumat
göndərilir və həmin şəxslər ən azı 3 (üç) iş günü əvvəl sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Əlilliyi olan şəxs (qanuni nümayəndə) məlumatı aldıqdan sonra 3 (üç) iş günü ərzində sanatoriya-kurort müəssisəsinə gedib-getməyəcəyi barədə yazılı, şifahi və ya elektron formada Xidmətlər Agentliyinin yerli qurumunu və ya Təminat Agentliyinin müvafiq “DOST” mərkəzini məlumatlandırmalıdır. Əlilliyi olan şəxs (qanuni nümayəndə) sanatoriya-kurort putyovkası(yollayışı) ilə təmin olunması təsdiq edildikdən sonra il ərzində iki dəfədən çox olmayaraq sanatoriya-kurort müəssisəsinə getməyəcəyi barədə Xidmətlər Agentliyinin yerli qurumunu və ya Təminat Agentliyinin müvafiq “DOST” mərkəzini bu Qaydada nəzərdə tutulan müddətdə məlumatlandırmadıqda və (və ya) təklif olunan sanatoriya-kurort putyovkasından (yollayışından) imtina etdikdə növbədən çıxarılır və əlilliyi olan şəxsin (qanuni nümayəndənin) əlaqə vasitələrindən birinə bu barədə məlumat göndərilir.

Növbədən çıxarılmış əlilliyi olan şəxs (qanuni nümayəndə) növbədən çıxarıldığı gündən 5 (beş) iş günü sonra yenidən növbəyə götürülmək üçün Xidmətlər Agentliyinin yerli qurumuna və ya Təminat Agentliyinin “DOST” mərkəzinə müraciət edə bilər. Qərara əsasən, orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin, həmçinin əlilliyi olan uşağın müşayiətçiyə ehtiyacı olduqda, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. Orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsi və
ya əlilliyi olan uşağı müşayiət edən şəxslər sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin şəxslərin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları qurum tərəfindən təmin olunurlar.

Əlilliyi olan uşağın müşayiətçisi qismində uşağın valideynləri, digər qanuni nümayəndələri (qəyyumları, övladlığa götürənləri, himayəçiləri) və ya valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxslər də müəyyən oluna bilərlər. Əlilliyi olan uşağın valideyninin (digər qanuni nümayəndəsinin) və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin Xidmətlər Agentliyinin yerli qurumları və ya Təminat Agentliyinin “DOST” mərkəzlərinə yazılı və ya elektron müraciəti əsasında müşayiətçinin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduğu müddət ərzində
bir dəfədən çox olmayaraq dəyişdirilməsinə yol verilir. Sanatoriya-kurort müəssisələri əlilliyi olan şəxsin sanatoriya-kurort müəssisəsinə qəbul olunduğu və həmin müəssisədən buraxıldığı tarix, habelə aparılmış
müalicələrin nəticələri barədə məlumatları və “Geri qayıtma” talonunu müalicə başa çatdıqdan sonra 30 (otuz) gün müddətində aidiyyəti quruma təqdim edir.

XidmətləAgentliyinin yerli qurumu və ya Təminat Agentliyinin “DOST” mərkəzi daxil olmuş məlumatları 3 (üç) iş günü müddətində MEİS-in “Sanatoriya-kurort” altsisteminə daxil edir və həmin məlumatlar avtomatik olaraq Fərdi Reabilitasiya Proqramının yerinə yetirilməsi barədə hesabatda əks olunur və onun putyovkanın (yollayışın) istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin olunur. İşləyən əlilliyi olan şəxslərə münasibətdə isə “Geri qayıtma” talonunun qeydiyyatının aparılması və onun saxlanılması məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun təmin edilir.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see335

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see328

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see244

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see236

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see222

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see218

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see204

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see191

Azərbaycanda cərimə balları silindi Sonra isə...

20 İyul 2026 23:40see187

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see171

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see165

Roma dan Premyer Liqa klubuna 3 cü rəsmi təklif 47 milyon avro + bonuslar

20 İyul 2026 22:57see165

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see164

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see164

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see163

Sabah ın KuPS matçıöncəsi son məşqi FOTOLAR

20 İyul 2026 23:30see163

Cinsi əlaqədən sonra sidiyə getmək niyə tövsiyə olunur?

20 İyul 2026 23:10see163

Qurban Qurbanov Zaqrebdə media önünə çıxacaq

21 İyul 2026 00:34see156

Makronun əsas rəqibinə kiberhücum X hesabı sındırıldı

22 İyul 2026 02:06see156

Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq

21 İyul 2026 04:05see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri