Icma.az
close
up
RU
Baş nazir Moskvanın kuklalarına faktlarla zərbə endirdi ŞƏRH

Baş nazir Moskvanın kuklalarına faktlarla zərbə endirdi ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Paşinyanın siyasi manevri müxalifəti mat qoydu

Koçaryan və Sarkisyanın illərlə gizlətdiyi həqiqətlər üzə çıxdı

Ermənistan hökuməti dekabrın 2-də Qarabağ münaqişəsi ilə bağlı aparılmış danışıqlara dair 13 sənədi ictimaiyyətə təqdim edib. Sənədlər ATƏT-in Minsk qrupunun tövsiyələri, Krakov və Kazan sənədləri, Madrid Prinsipləri, həmçinin Rusiya və Ermənistan liderlərinin müxtəlif yazışmalarını əhatə edir.

Bu addım, həm keçmiş dövrlərin danışıqlar tarixçəsini sənədləşdirmək, həm də ölkə daxilində prosesə dair şəffaflıq yaratmaq məqsədini daşıyır. Ermənistan Baş naziri Nikol Paşinyan isə jurnalistlərə açıqlamasında müxalifətin tənqidlərinə cavab verərək, paketə əsaslanaraq ölkənin əvvəlki siyasi liderləri ilə müqayisədə öz mövqeyini və Ermənistanın maraqlarına uyğun yanaşmasını önə çəkib. Paşinyanın bu çıxışı, həm paketdə əks olunan məlumatların interpretasiyasını, həm də daxili siyasi kontekstdə mövqeyinin gücləndirilməsini əks etdirir: “Danışıqlar paketi yayımlandı, indi isə eyni, köhnəlmiş narrativlər səslənir. Mən bir şeyi deyim: müxalifət danışıqlar prosesi barədə nə deyir-desin, hörmətli dostlar, 30 ildən artıq hakimiyyətdə olmuşdunuz, belə fürsətlər var idisə, niyə həll etmədiniz? Həqiqətən də, müxalifətin dediyi kimi, Ermənistanın maraqlarına uyğun həll imkanı var idisə, niyə etmədiniz?”.

 Həmçinin, baş nazir 2019-cu il sənədinə toxunaraq qeyd edib: “İndi bizi niyə xəyanətkar adlandırırsınız? Sizdən (Robert Köçəryan və Serj Sərkisyan) böyük satqın yoxdur. Bütün bunlar sadəcə manipulyasiya idi.

 2018-ci ildə baş nazir olarkən ATƏT-in Minsk qrupu həmsədrlərinin qarşısında məsələ qoydum, dedim ki, mən başa düşmürəm, bu sənədlərdən hansı indiki danışıqlar prosesinin başlanğıc nöqtəsidir, əvvəlki dövrün yekunu hansıdır, hansı sənəd qısa xülasədir? 2019-cu ilin iyun sənədi bu idi, soruşdum ki, əvvəlki dövrün qısa xülasəsi hansıdır? Bunu əvvəlki dövrün danışıqlar xülasəsi kimi təqdim etdilər və bu kontekstdə də mən sual verdim”. Ermənistan Baş naziri 2019-cu ilin iyununda təqdim edilmiş təklif ətrafında aparılan danışıqlardan da bəhs edib:

 “Bu kontekstdə sual verdim ki, sizin şərhiniz mənə maraqlıdır, bu paketlə Qarabağ Azərbaycanın tərkibində olmaya bilərmi? Çox açıq cavab verildi ki, bəli, əgər Azərbaycan razılaşsa”.

 Nikol Paşinyan həmçinin əlavə edib ki, artıq Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı debatlara dəvət etmir: “Niyə dəvət edim? Artıq debat üçün heç nə qalmayıb, oxusunlar, danışsınlar, oxusunlar, danışsınlar”. 

Paşinyan vurğulayıb ki, o və komandası Ermənistanı tələ və çıxılmaz vəziyyətdən çıxarıb: “Ermənistanı elə bir yerdən çıxarmışıq ki, bütün istiqamətlərdə ölkənin qarşısında perspektiv açılıb. Artıq Ermənistan və erməni xalqı öz suveren iradəsi ilə qərar verə bilər ki, hansı istiqamətdə inkişafın hansı baxışını seçir”.

Ermənistan Baş naziri onu da qeyd edib ki, danışıqlar paketinin dərcindən sonra danışıqlar prosesi ilə bağlı fikir ayrılıqları bitmiş hesab edilə bilər.

 Xatırladaq ki, Ermənistan hökuməti dekabrın 2-də münaqişə dövründə Qarabağla bağlı aparılan danışıqlara dair 13 sənəd yayımlayıb.

Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan hökumətinin danışıqlar prosesinə dair sənədləri ictimaiyyətə açıqlaması sırf informativ xarakter daşımır, həm də ölkədə qarşıdan gələn seçkilər ərəfəsində ciddi siyasi məqsədlərə xidmət edir. Onun sözlərinə görə, bu addımın əsas hədəflərindən biri uzun illər hakimiyyətdə olmuş Robert Koçaryan və Serj Sarkisyanın Paşinyana yönəltdikləri ittihamları neytrallaşdırmaqdır:

“Koçaryan və Sarkisyan uzun müddətdir Paşinyanı Qarabağı "təslim etməkdə" günahlandırır, danışıqlar prosesində dövlət maraqlarını qoruya bilməməkdə suçlayırlar. Lakin açıqlanan sənədlər göstərir ki, Qarabağın Ermənistanın tərkib hissəsi kimi tanınması heç vaxt danışıqlar masasında real müzakirə predmeti olmayıb. Yəni keçmiş prezidentlərin illər boyu formalaşdırdığı mif vardı ki, guya Ermənistanın əlində sərfəli model var idi və Paşinyan bunu itirdi. 

Paşinyanın atdığı bu addım həm də Ermənistanın son 30 ildə apardığı siyasətin mahiyyətini üzə çıxarır. Koçaryan və Sarkisyanın danışıqlar prosesindən daxili auditoriya üçün bir alət kimi istifadə etdiyini göstərir. Eks prezidentlər Qarabağ məsələsindən yalnız daxili legitimlik üçün istifadə edib, cəmiyyətə real olmayan vədlər veriblər. Onlar hər zaman “Qarabağın Ermənistana birləşdirilməsi” tezisini siyasi manipulyasiya vasitəsinə çeviriblər. Bu sənədlər isə bir daha göstərdi ki, Ermənistan diplomatları və rəhbərləri heç vaxt belə bir nəticəni beynəlxalq müstəvidə əldə edə bilməyiblər”.

M. Əsədullazadə bildirib ki, Paşinyanın sənədləri açıqlaması həm də postsovet məkanının ən həssas siyasi amillərindən biri olan Rusiya faktorunu yenidən gündəmə gətirib: “Koçaryan və Sarkisyanın Qarabağ məsələsində Moskvanın diktəsinə uyğun hərəkət etməsi, Ermənistanı regional proseslərdən təcrid etməsi bu sənədlərin fonunda daha açıq görünür. Onlar Ermənistanı faktiki olaraq Rusiyanın forpostuna çevirmiş, ölkəni dalanda saxlamışdılar. Paşinyan açıqlanan materiallarla həm bunun məsuliyyətini keçmiş hakimiyyətlərin üzərinə qoydu, həm də indiki siyasi kursunun daha balanslı və Qərbə açıq xəttin legitimliyini gücləndirdi. Bundan sonra müxalifətin Paşinyanı Qarabağı satmaqda suçlaması əvvəlki qədər təsirli olmayacaq, çünki ictimai rəy artıq faktlarla tanışdır. İctimaiyyət bu sənədlərlə gördü ki, Ermənistanın mövqeyi illərlə zəif olub və keçmiş liderlər bunu gizlədiblər. Paşinyan isə prosesi şəffaflaşdırmaqla həm öz cinahını müdafiə etdi, həm də siyasi rəqiblərini arqumentsiz qoydu. Hadisələrin məğzi bundan ibarətdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri