Baş nazir prezidenti vəzifədən uzaqlaşdırmaq istəyir
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Macarıstanın Baş naziri Peter Madjar Prezident Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılmasına imkan verəcək konstitusiya dəyişiklikləri təklif edib.
Modern.az xəbər verir ki, baş nazir bu barədə parlamentdəki çıxışı zamanı məlumat verib.
Məlumata görə, hökumət prezidentin vəzifədən kənarlaşdırılmasını mümkün edəcək konstitusiya dəyişiklikləri paketi hazırlayıb.
Madjarın sözlərinə görə, dəyişikliklər qüvvəyə mindikdən sonra Tamaş Şuyok avtomatik olaraq vəzifəsini itirəcək.
Sənədə əlavə olunmuş izahatda bildirilir ki, buna səbəb prezidentə ictimai etimadın "ciddi şəkildə azalması" olub.
Baş nazir bu təşəbbüsü "Təmizləyici od" əməliyyatının bir hissəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, əməliyyatın əsas məqsədi "Macarıstanı korrupsiyadan və mafiyadan xilas etməkdir".
Madjar həmçinin Tamaş Şuyoku "konstitusion çevrilişə cəhd"də ittiham edib və ölkədə dövlət institutlarının islahatına ehtiyac olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 23 İyun 2026 02:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















