Baş nazir qəzalı binalarla bağlı tapşırıq verdi
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.
Nazirlər Kabinetindən Axar.az-a verilən məlumata görə, iclasda Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edib, məruzələr dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.

Baş nazir qəzalı binalarla bağlı problemlərin həllinə dair müşavirə keçirib FOTO
18 Mart 2025 20:19
Komitə sədri Qəzalı binalarla bağlı DANIŞDI
12 Dekabr 2024 13:20
Nazirlər Kabinetində müşavirə: qəzalı binalarla bağlı məsələ müzakirəyə çıxarılıb
18 Mart 2025 20:40
Baş nazir tapşırıq verdi: Təyyarələr yoxlanılacaq
04 Yanvar 2025 13:01
Baş nazir hərbi xidmət yaşının endirilməsi ilə bağlı qurumlara tapşırıq verdi
16 Yanvar 2025 11:59
