Icma.az
close
up
RU
Baş nazirdən bu avtomobil nəqliyyatı KONKRET

Baş nazirdən bu avtomobil nəqliyyatı KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nı təsdiq edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə dəyərin, eləcə də həmin dəyərlə təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında yaranacaq mənfi fərqin hesablanması və bununla bağlı subsidiyanın ödənilməsi qaydalarını müəyyən edir.

Qaydaya əsasən, gediş haqqı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hesabına ödənilir. Müqavilə üzrə ay ərzində xidmətlərin dəyəri gediş haqqının Agentliyin hesabına ödənilməsindən formalaşan vəsait, “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondundan ayrılan subsidiya, həmçinin qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına ödənilir. Müqavilə üzrə ay ərzində subsidiya Agentlik tərəfindən ayda bir dəfə daşıyıcı tərəfindən verilən hesab faktura və Agentlik və daşıyıcı tərəfindən imzalanan xidmətlərin qəbul aktı əsasında ödənilir. Müqavilə ilə müəyyən edilmiş marşrut (marşrutlar) üzrə gediş haqqından aylıq toplanan vəsait müqavilə üzrə ay ərzində göstərilən xidmətin dəyərindən çox olduqda artıq vəsait Agentliyin hesabında qalır. Digər daşıyıcılarla bağlanılan müqavilələr ilə müəyyən edilmiş marşrut (marşrutlar) üzrə gediş haqqından aylıq toplanan vəsait xidmətin dəyərindən az olduqda xidmətin dəyərinin ödənilməsində həmin vəsaitdən istifadə olunur.

Gediş haqqının ödənilməsindən Agentliyin hesabına daxil olan vəsait hesabına Agentlik daşıyıcının hesabına avans köçürə bilər və bu zaman yarana biləcək bank komissiyası daşıyıcıya ödənilən vəsaitdən tutulur. Müqavilə üzrə ay ərzində subsidiyanın ödənilməsi zamanı daşıyıcıya ödənilən avansın ümumi məbləği nəzərə alınır.

Müqavilə üzrə ödənişlər Agentlik tərəfindən daşıyıcının müqavilədə göstərilən bank hesabına pul vəsaitlərinin köçürülməsi yolu ilə nağdsız şəkildə həyata keçirilir.

Təqvim ili başa çatdıqdan sonra 30 iş günü ərzində daşıyıcı və Agentlik hesablaşmaları üzləşdirirlər. Hesablaşmaların üzləşməsinin nəticələrinə əsasən, daşıyıcı və Agentlik üzləşmə aktı tərtib edir və imzalayırlar. Üzləşmə zamanı yaranan borcun ödənilməsi və ya artıq ödənilmiş vəsaitin geri qaytarılması hallarında 2 iş günü ərzində yazılı bildiriş verilir və həmin yazılı bildirişin alındığı tarixdən 7 iş günü ərzində ödəniş həyata keçirilir.

Agentlik tərəfindən Xidmətin dəyərinə ildə bir dəfə, həmçinin yanacağın qiymətində dəyişikliklər olduğu və digər əhəmiyyətli hallar (verginin və digər məcburi ödənişlərin artması, avtomobillərin təmiri xidmətinin 10% və daha çox bahalaşması, milli valyutanın devalvasiyası, 10%-dən daha çox inflyasiyanın olması) baş verdiyi təqdirdə yenidən baxılır və nəticəsi müqavilənin ayrılmaz tərkib hissəsi olan protokolla rəsmiləşdirilir.

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 19 sentyabr 2025-ci il tarixli fərmanının 4.3-cü bəndinə əsasən təsdiq edilmiş tələblər ilə müəyyən edilən yürüş həddini və maksimum istismar müddətini keçən avtobuslarla xidmət göstərilə bilməz.

Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsi üçün avtobuslar dövlət vəsaiti hesabına alındıqda subsidiya hesablanarkən kapital xərcləri nəzərə alınmır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 İyul 2026 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri