Baş nazirə qarşı fırıldaqçılıq: məşhur lider zəng edərək deyib ki...
Publika.az saytına istinadən Icma.az xəbər verir.
Telefon fırıldaqları bütün dünyada sürətlə yayılır, hətta hökumət rəhbərlərini hədəf alır. Tailandın Baş naziri Paetonqtarn Şinavatra adı açıqlanmayan tanınmış əcnəbi liderin səsini təqlid edən süni intellektlə dəstəklənən zəng aldığını açıqlayıb.
Publika.az xəbər verir ki, Baş nazir fırıldaqçıların süni intellektlə məşhur xarici liderin səsini təqlid etdiyini bildirib.
O, səsin çox aydın olduğunu söyləyib: “Ona görə də dərhal tanıdım. Əvvəlcə səs yazısı göndərdilər ki, "necəsən?" Daha sonra fırıldaqçılar “ASEAN ölkələri arasında ianə verməyən yeganə sizsiniz” deyərək pul tələb etdi. Bunun artıq qurma olduğunu bildim”.
Səsi təqlid edilən liderin kim olduğu barədə məlumat verilməyib.
Cənub-Şərqi Asiya fırıldaqçılıq şəbəkələri ilə tez-tez gündəmdədir. Bildirilir ki, son illərdə bölgədəki cinayətkar təşkilatlar süni intellekt və digər texnoloji inkişaflardan istifadə edərək qlobal miqyasda milyardlarla dollar dəyərində fırıldaqçılıq fəaliyyətləri həyata keçirir.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 17 Yanvar 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















