Baş nazirin Dünya Bankının regional direktoru ilə görüşü
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 10-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın mövcud olduğu qeyd edilib, ötən dövr ərzində birgə həyata keçirilmiş layihələrin ölkəmizin sosial-iqtisadi inkişafının dəstəklənməsinə töhfə verdiyi diqqətə çatdırılıb.
Dayanıqlı şəhər inkişafı, “yaşıl enerji”, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, su təchizatı və su ehtiyatlarının idarə edilməsi, həmçinin bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri və gələcək birgə layihələr müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov iştirak edib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 11 Sentyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















