Icma.az
close
up
RU
Baş nazirin oyunları: canavarlar doyub, qoyunlar salamat, Paşinyan sevinir

Baş nazirin oyunları: canavarlar doyub, qoyunlar salamat, Paşinyan sevinir

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Erməni analitik: “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək”

Ermənistan ictimaiyyətinin və cəmiyyətinin müəyyən kəsimi, xüsusilə, müxalif qüvvələr ölkənin Baş naziri Nikol Paşinyanın siyasətindən narazılıq edir. Baş nazirin Azərbaycan və Türkiyə ilə bağlı “loyal bəyanatlar” səsləndirməsi ermənilər arasında Paşinyana etibarın azalmasına mənfi təsir göstərib. Sosial şəbəkələrin erməni seqmentində Paşinyanın hətta Rusiya ilə bağlı siyasəti tənqid edilir və Baş nazirin addımlarının Moskvanın İrəvana qarşı müharibəyə başlamasına səbəb olacağı müzakirə olunur. Ermənilər qorxurlar ki, İrəvanın Moskvaya qarşı addımları Rusiyanın Gürcüstan və Ukraynaya qarşı aqressiyasını Ermənistan üzərində də sınaqdan keçirməsinə səbəb ola bilər. Müəyyən sorğulara əsasən Paşinyanın apardığı siyasət onun reytinqinin düşməsi ilə nəticələnməkdədir.

Erməni analitik Razmik Akopcanyan yazdığı analitik məqaləsində qeyd edib ki, uzun müddətdir Paşinyanın sözləri və hərəkətləri bir çox ermənini təəccübləndirmir: “O, nəyin bahasına olursa-olsun hakimiyyətini qorumaq istəyindədir. Paşinyanın hər bir çıxışında aydın məqsəd var – hakimiyyətini qorumaq vəzifəsini həyata keçirmək. Bizə elə gəlir ki, Baş nazir çox fərqli və ziddiyyətli bəyanatlar verir. Amma reallıqda belə deyil. Xatırlatmaq lazımdır ki, Paşinyan bizim gözləntilərimizin dalğası ilə hakimiyyətə gəlib, Ermənistanı növbəti dəfə idarə etməyə hazırlaşan Serj Sarkisyanı yox, ölkənin başında başqasını görmək istədik. Paşinyan ermənilərə çox şeylər vəd etdi, amma verdiyi sözlərin heç birini həyata keçirmədi. Müharibədə məğlub oldu, amma hakimiyyətdə qala bildi. Səbəb isə eyni idi: biz sadəcə Robert Köçəryanın hakimiyyətə qayıtmasını istəmədik”.

“Paşinyan bizim Ermənistanı qarət edən əvvəlki hakimiyyətin dövrünə qayıtmaq qorxumuz hesabına qalib gəldi. Sonra o, Rusiya tərəfindən açıq-aşkar xəyanət faktına görə ictimai qəzəbi Moskvaya yönəltdi, ictimai qəzəblə oynamağa başladı. Etiraf etmək lazımdır ki, Moskvadakılar bunu başa düşdülər və buna görə də Paşinyanın hərəkətlərinə kifayət qədər yumşaq yanaşırlar. Bütün dünya Ukraynanın timsalında Kremlin necə sərt davrana biləcəyini görür. Amma Rusiya bizimlə belə davranmadı, baxmayaraq ki, sərtlik edə bilərdi. Və əminəm ki, Moskva məqsədinə çatmaq üçün daha az itki verərdi. Bunu Paşinyan da başa düşür. Ona görə də “qırmızı xətlər”dən kənara çıxmır. Ölkəmiz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmadı, sadəcə orada iştirakını dondurdu. İrəvan həmçinin Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqından da çıxmadı. Əksinə, Paşinyan şəxsən Ermənistanın belə planlarının olmadığını hər fürsətdə bildirir. Demək ki, Rusiyaya “kəllə atmaq” da Paşinyanın oyunudur. Bununla ictimai qəzəbi Rusiyaya yönəldir”, - Akopcanyan vurğulayıb.

Analitik iddia edir ki, Paşinyan hakimiyyətini qorumaq, gücü əlində saxlamaq üçün Avropa İttifaqına yaxınlaşma siyasəti də aparır: “Fransaya və şəxsən Prezident Emmanuel Makrona bu məqsədə çatmaqda kömək etdiyinə görə təşəkkür edirəm. Yəni xarici auditoriya Paşinyanı ölkəni Rusiyanın pəncəsindən qoparmağa çalışan siyasətçi kimi görərək dəstəkləyir. Bir sözlə, canavarlar doyub, qoyunlar salamat, Paşinyan sevinir. Lakin indi biz müharibənin qarşısını almalıyıq. Nəticəsi, nə qədər acınacaqlı olsa da, faciəvi ola bilər. İlk növbədə, Ermənistan üçün. Təəssüf ki, Fransa və Qərbdəki digər müttəfiqlərimiz bizim üçün vuruşmayacaqlar. Onlar uzun müddətdir ki, Ukraynaya sülhməramlıların göndərilməsi məsələsində yekdil fikirə gələ bilmirlər. Onu da unutmaq olmaz ki, bu, Avropanın mərkəzində aparılan müharibədir və Putinin planları hamıya aydındır - Ukraynanı məğlub etdikdən sonra NATO ölkələrinə doğru irəliləmək. Aşkar və böyük təhlükə qarşısında Avropa bütün səylərini Putin rejimini məhv etməyə sərf etmir. Buna görə də Avropanın komfort zonasından uzaqda olan Ermənistana kömək etməyəcəklər”.

“Bütün bunların fonunda Paşinyan oynamaqda davam edir, müharibənin qarşısını almağa çalışır. Əslində Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək. Paşinyan da hakimiyyətini saxlamaq üçün addımlar atır. Buna qiymət vermək, bu siyasətlə necə yaşamaq isə hər birimizin öz seçimidir”, - deyə Akopcanyan fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 Fevral 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri