Icma.az
close
up
RU
Baş nazirin qarşısında diz çökdüyü qadın kimdir? DOSYE

Baş nazirin qarşısında diz çökdüyü qadın kimdir? DOSYE

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimi zamanı Albaniyanın Baş naziri Edi Ramanın italiyalı həmkarına jesti müzakirələrə səbəb oldu. Belə ki, Rama İtaliya liderini önündə diz çökərək qarşıladı.

Ramanın daha əvvəllər də Melonini bu şəkildə qarşıladığı bildirilir. Bu addım diqqətləri yenidən Avropanın son dövrlərdə ən məşhur siyasətçilərindən hesab olunan Corciya Meloninin üzərinə çəkdi.

Globalinfo.az İtaliyanın baş naziri ilə bağlı bir sıra məlumatları təqdim edir.

Corciya Meloni 1977-ci il yanvarın 15-də Romada anadan olub. Onun atası Sardiniyadan olan Françesko Meloni vergi müşaviri kimi çalışıb, bəzi məlumatlara görə, vaxtilə kommunist hərəkatını dəstəkləyib. Anası ilə roman yazarı olub. Corciya bir yaşında olarkən atası onu və anasını tərk edərək Kanar adalarına köçüb və burada yenidən evlənib. Baş nazirin atasının ikinci evliliyindən 4 ögey bacısı var.

Françesko 1995-ci ildə narkotik alverində təqsirli bilinərək İspaniya həbsxanasında doqquz il müddətinə azadlıqdan məhrum edilib. O, Meloni ilə sonuncu dəfə 2006-cı ildə – qızı Deputatlar Palatasının vitse-prezidenti olanda əlaqə saxlayıb.

Corciyanın həyatı çətin keçib, atası onları tərk etdikdən sonra yaşadıqları ev yanıb. O, anası ilə birlikdə Romada fəhlə məhəlləsi kimi tanınan əraziyə köçüb və burada böyüyüb. Baş nazir ailə faciəsinin onun dünya görüşü ilə yanaşı, siyasi mövqeyinə də təsir etdiyini söyləyib.

1992-ci ildə 15 yaşı olarkən İtaliya İctimai Hərəkatının gənclər qanadına qoşulub. Tələbələri koordinasiya edib və etiraz aksiyalarına qatılıb. Daha sonra İtaliya Təhsil Nazirliyinin yaratdığı tələbə hərəkatının lideri olub. 1998-ci ildə seçkilərdə iştirak edib və qalib gələrək Roma əyalətinin müşaviri seçilib. 2006-cı ildə isə parlamentin Deputatlar Palatasına seçilib. Həmin il eyni zamanda jurnalist kimi də fəaliyyətə başlayıb. Corciya 2006-cı ildə baş nazir və media maqnatı olan Silvio Berluskoninin şirkətlərinə fayda verən qanunları müdafiə edib. O, qalmqala səbəb olan bu qanunların ədalətli olduğunu bildirib. O, 2008-ci ildə Berluskoni hökumətində Gənclər Siyasəti naziri təyin olunub.

Siyasi karyerası kifayət qədər zəngin olan Meloni, şəxsi fikirləri ilə də Avropa və bütün dünyada diqqət çəkməyi bacardı. O, yeni tendensiyanın əleyhinə çıxaraq LGBT-ni dəstəkləmədiyini bildirdi. Corciya Meloni zamanla italiyan millətçiliyinin əsas simalarından birinə çevrildi. Siyasətdə rolu daha da aktivləşdi və tərəfdarlarının sayı ildən-ilə artdı.

O, 2022-ci ildə İtaliya tarixinin ilk qadın baş naziri seçildi. Bir çoxları onu İkinci Dünya müharibəsindən bu yana Benito Mussolinidən sonra ilk ifrat sağçı lider kimi təsəvir edir.

Ayşən Mustafa
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 May 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri