Icma.az
close
up
RU
Baş nazirin qızı: Məktəbdə vəhşicəsinə döyüldüm Parlament ifadəsini alacaq

Baş nazirin qızı: Məktəbdə vəhşicəsinə döyüldüm Parlament ifadəsini alacaq

Icma.az, Mia.az saytına istinadən bildirir.

Onilliklər boyu cinsi istismar və fiziki zorakılıq iddiaları ilə Fransanı sarsıdan katolik məktəbi ilə bağlı daha bir sensasion iddia var.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fransanın baş naziri Fransua Bayrunun qızı Helen Perlant uşaqkən oxuduğu katolik məktəbində şiddətli zorakılığa məruz qaldığını açıqlayıb.

53 yaşlı qızı Helene Perlant “Paris Match” jurnalına verdiyi müsahibədə bildirib ki, 1980-ci illərdə qatıldığı yay düşərgəsində bütün şagirdlərin gözü qarşısında bir keşiş tərəfindən vəhşicəsinə döyülüb: "Həmin vaxtı 14 yaşım vardı. Ata Lartiguet birdən saçımdan tutdu və məni yerə sürüklədi, sonra vurmağa başladı. Üstəlik, qarnıma bərk təpik vurdu. Qorxumdan sidiyimi qaçırdım. Həmin gecəni yuxu çantamda qıvrılmış vəziyyətdə qaldım. Bəli, katoliklərin məkətbi sayılan Betharram məktəbində totalitar rejim var.."

O, atasınıa baş verənlər haqqında heç nə demədiyini də sözlərinə əlavə edib.

Baş nazirin arvadının da həmin məktəbdə o zamanlar müəllim olmasını nəzərə alanmüxalif partiyalar isə qızının açıqlamasını siyasi mübarizədə alət kimi istifadə etməyə başlayıblar.

Məsələn, parlamentdə çıxış edən solçu millət vəkili Paul Vannier bu açıqlamanı nəzərdə tuttaraq Baş nazirə sual ünvanlayıb: "Cənab Baş nazir, millət vəkillərinə yalan danışdınız. O zaman bu zorakılığı dayandırmaq sizin borcunuz idi. Niyə və kimə görə susdunuz?"

Onu da qeyd edək ki, artıq iddiaları araşdırmaq üçün yaradılmış parlament komissiyası Baş nazirin qızının da ifadəsini almağa hazırlaşır.

Samir Musayev
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 Aprel 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri