Icma.az
close
up
RU
Baş onkoloqdan xərçənglə bağlı həyəcan təbili: İçdiyimiz sularda...

Baş onkoloqdan xərçənglə bağlı həyəcan təbili: İçdiyimiz sularda...

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycanda qalxanabənzər vəzi xəstəliklərinin artması ilə bağlı narahatedici açıqlama verilib. Belə ki, Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli bildirib ki, son illərdə ölkəmizdə bu tip xəstəliklərdə ciddi artım müşahidə olunur. Onun sözlərinə görə, əsas problemlərdən biri içməli sulardakı yod miqdarının nəzarətsiz qalmasıdır.


“İstifadə etdiyimiz suların anbarlarda nə qədər yodlaşdırıldığı bilinmir”, - deyə o bildirib.

Mövzu ilə bağlı Bakupost.az-a danışan endokrinoloq Fərhad Burzu qeyd edib ki, son illər dünyada bir çox onkoloji xəstəliklər yayılmaqdadır. Onun sözlərinə görə, Azərbaycan endemik baxımdan riskli bölgələrdən sayılır və bu xəstəliklər birbaşa yod metabolizmi ilə əlaqəlidir:


“Qalxanvari vəz xəstəlikləri artdıqca, eyni zamanda autoimmun və tiroid xəstəlikləri çoxaldıqca, bədxassəli proseslərin diaqnostikası da asanlaşıb. Xüsusən ölkəmizdə son illərdə düyünlərdən biopsiyaların götürülməsi hallarının artması, patohistoloji müayinələrin daha dəqiq aparılması qalxanvari vəz xərçənginin diaqnostikası ilə bağlı göstəricilərin artmasına səbəb olur. Bu da statistik rəqəmlərin yüksəlməsi ilə nəticələnir”.

F.Burzu əlavə edib ki, ətraf mühit faktorları da çox önəmlidir:

“ Son illərdə müxtəlif endokrin pozucular, plastik məhsullarda olan BPA kimi maddələr bilavasitə endokrin sistemi zədələyir. Bu isə təkcə qalxanvari vəzə deyil, digər endokrin sistemlərə və metabolik proseslərə təsir edərək xəstəlik riskini artırır".

Həkimin sözlərinə görə, qalxanvari vəz xəstəlikləri digər xəstəliklər kimi genetik meyilliliklə də bağlıdır:

“Genetik rastgəlmə tezliyi qalxanvari vəz xərçəngində də müşahidə olunur. Müasir dövrdə insanların istifadə etdiyi kimyəvi maddələr, boyalar və digər faktorlar ekologiyanın pozulmasına, bu isə qalxanvari vəz xərçənginin artmasına təsir göstərir”.

Endokrinoloq əlavı edib ki, qalxanvari vəz xəstəliklərinin qarşısını almaq üçün əsas məsələ həyat tərzi dəyişiklikləridir:

“İnsanlar mümkün qədər tüstüdən, kimyəvi maddələrdən və siqaretdən uzaq olmalıdırlar. Eyni zamanda gündəlik qidalanmada qeyri-orqanik məhsulların istifadəsini minimuma endirmək, daha çox orqanik qidalara üstünlük vermək vacibdir.

Sağlam və stabil həyat tərzi keçirən, kimyəvi maddələrdən və endokrin pozuculardan uzaq olan insanlarda qalxanvari vəz xəstəliklərinə daha az rast gəlinir. Xüsusilə endemik bölgələrdə yaşayan insanların qalxanvari vəz funksiyalarını mütəmadi olaraq yoxlatdırmaları və nəzarətdə saxlamaları vacibdir”.

Lalə Novruz,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 İyul 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri