Icma.az
close
up
RU

Baş Prokuror İnterpolun prezidenti ilə görüşüb

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, noyabrın 16-da Baş prokuror Kamran Əliyev İnterpolun prezidenti Ahmed Naser Al-Raisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev qonaqları səmimi salamlayaraq ən böyük beynəlxalq qurumlardan biri olan və ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətli rol oynayan İnterpol ilə Azərbaycanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

İnterpolun prezidenti Ahmed Naser Al-Raisi ölkəmizdə prokurorluq orqanlarında həyata keçirilən islahatları müsbət dəyərləndirərək
rəhbərlik etdiyi təşkilatla Azərbaycanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı-faydalı əlaqələrin inkişaf etdirilməsinin perspektivlərindən danışıb.

Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığının ən yüksək səviyyədə olduğunu qeyd edən qonaq COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayıb, COP29 çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib.

Görüş zamanı Azərbaycanın Baş Prokurorluğu ilə İnterpol arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, cinayət törətdiklərinə görə axtarışda olan və xarici dövlətlərin ərazilərində gizlənən şəxslərin tutulması ilə əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması ilə bağlı məsələlər də müzakirə olunub.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see277

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see243

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see208

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see187

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see186

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see176

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see170

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see169

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see168

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see164

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see162

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see160

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see160

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see159

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see152

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see151

Anaklaudia Rossbach Azərbaycana WUF13 ün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib

22 May 2026 13:50see149

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see148

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see148

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri