Icma.az
close
up
RU
Baş prokuror: Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı nəticələr barədə məlumat vermir

Baş prokuror: Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı nəticələr barədə məlumat vermir

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"AZAL təyyarəsinin vurulması və Aktauda qəzaya uğramasının istintaqı ilə bağlı Rusiya tərəfi konkret nəticələr barədə Azərbaycana məlumat vermir".

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Ankarada səfərdə olan baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, AZAL-ın təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə düşəndən etibarən Azərbaycan Rusiya İstintaq Komitəsi ilə daim əlaqə saxlayır və məktublar ünvanlayır:

"Onlar hələ ki ekspertizaların keçirilməsi, istintaqın davam etdirilməsi, istintaq hərəkətlərinin həyata keçirilməsini əsas gətirməklə konkret nəticələr barədə bizə məlumat vermirlər. Amma bizim özümüzdə istintaqın ilkin mərhələsindən kifayət qədər sübutlar var. Biz hadisənin başvermə halları ilə bağlı həm kifayət qədər məlumatlıyıq, həm də zəruri olan bütün sübutları toplamışıq. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik.

Təyyarə Aktau şəhəri yaxınlığında yerə düşən kimi Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başladıldı. Eyni zamanda, Qazaxıstan tərəfi, sonradan isə Rusiya İstintaq Komitəsi də cinayət işi başlatdı. Yəni hazırda üç ölkədə cinayət faktları araşdırılır. Sual oluna bilər ki, bir fakta görə niyə üç ölkədə cinayət işi açılıb? Ona görə ki, bu və ya digər formada hər üç ölkənin maraqlarına toxunan bir məsələdir. Məlumdur ki, o hadisə zamanı hər üç ölkənin vətəndaşları arasında həm həyatlarını itirən, həm də müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olub. Bu səbəbdən biz həm Rusiya İstintaq Komitəsi, həm də Qazaxıstanla əməkdaşlıq edirik".

K.Əliyev, həmçinin ilk vaxtlardan Braziliya Prokurorluğu ilə əlaqə saxladıqlarını vurğulayıb.

"Bilirsiniz ki, həmin təyyarə Braziliyada istehsal olunub. Hər halda ümid edirik ki, Rusiya tərəfi qısa zaman kəsiyində bizə istintaqın gedişi və konkret nəticələr, eyni zamanda, cinayəti törətmiş (amma biz demirik, bu qəsdən törədilib) şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı bizə məlumat verəcəklər. Əgər bu, olmazsa, o zaman cənab Prezidentin də dediyi kimi, bizim beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququmuz var", - baş prokuror əlavə edib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 İyul 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri